"Qəbələ" Gürcüstan klubuna qalib gəldi

19.06.2016 | 4712 dəfə oxunub

İyunun 16-dan Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ” qonşu ölkədə ilk yoxlama oyununu keçirib. 

Stadium.Az xəbər verir ki, Tbilisidəki hazırlıq çərçivəsindəki ilk rəqib Qorinin “Dila” klubu olub.

Baş məşqçi Roman Qriqorçuk oyunun gedişində 10 dəyişiklik edərək sərəncamındakı əksər futbolçulara şans verib. “Qəbələ” hesabı qarşılaşmanın 60-cı dəqiqəsində açıb. Eyyubov “qırmızı-qaralar”ı hesabda önə çıxarıb. Hasanov görüşün 63-cü dəqiqəsində 2-ci qola imza atıb – 2:0. Bu, matçda son qol olub.

Beləliklə, Gürcüstan toplanışında ilk oyununda “Dila”nı sınağa çəkən “Qəbələ” 2:0 hesablı qələbə qazanıb. Komanda iyunun 22-də Gürcüstanın digər klubu “Sioni” ilə üz-üzə gələcək.

“Qəbələ” “Dila” oyunu aşağıdakı heyətlə keçirib:

Dmitri Bezotosnı (David Pietrzkieviç), Rikardinyo (Məhəmməd Mirzəbəyov), Ürfan Abbasov (Tellur Mütəllimov), Vitali Vernidub (Murad Musayev), Vojislav Stankoviç (Rafael Santos), Rəşad Sadiqov (Sadiq Quliyev), Qismət Alıyev (Nika Kvekveskiri), Asif Məmmədov (Ehtiram Şahverdiyev), Filip Ozobiç (Ramil Hasanov), Rəşad Eyyubov (Yusif Dilanov), Roman Hüseynov. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail