Rahid Əmirquliyev: "Bir neçə gün sonra rəqibi təhlil edəcəyik"
"Qarabağ"ın
yarımmüdafiəçisi Rahid Əmirquliyev artıq uzunmüddətli zədəsini tam sağaldaraq
Avstriyada davam edən təlim-məşq toplanışında komandayla hazırlıqlarını davam
etdirir.
Stadium.Az xəbər verir ki, milli
komandamızın üzvü klubun rəsmi saytına açıqlamasında zədəsinin son
durumu, komandadakı yarımmüdafiə xəttindəki rəqabətdən və Çempionlar
Liqasındakı rəqiblərindən danışıb:
"Altı aya yaxın yaşıl meydanlardan uzaq qaldım, amma indi durumum
yaxşıdır. Komandayla məşqlərimi davam etdirirəm. Düzdür, yüz faiz hazır
deyiləm, amma avrokuboklarda ilk oyuna qədər komandama tam gücümlə kömək etmək
üçün çalışacam.
Komandaya yanvarda qoşuldum və cəmi 2-3 oyunda meydana çıxıdm. Az oynamağıma
baxmayaraq, daim komandayla birlikdə olmuşam. Özümü
yeni transfer kimi hiss etmirəm.
"Qarabağ"ın yarımmüdafiə xəttində necə bir rəqabətin olduğu hamıya
məlumdur. Belə rəqabətin olması həm mənim, həm də bu mövqedə mübarizə aparan
digər futbolçular üçün yaxşıdır. Əgər bir yer uğrunda mübarizə gedirsə,
futbolçu öz üzərində daha çox işləyir. Belə rəqabətdən heç bir problem
olmaz, əksinə qazanan futbolçular olacaq. Meydana çıxıb-çıxmamağıma isə baş
məşqçimiz qərar verəcək.
Çempionlar Liqasında Lüksemburqun son mövsüm "qızıl dubl" edən
"Düdelanj" klubu ilə qarşılaşacağıq. Rəqib haqda elə də ətraflı
məlumatım yoxdur. Onların heyətində çox saylı legionerlər oynadığını bilirəm.
Yəqin ki, bir neçə gün sonra rəqibi təhlil edəcəyik. Avrokuboklarda ilk oyunlar
həmişə çətin olur. Qarşılaşmaya ciddi hazırlaşırıq, bilirik ki, bizim üçün heç
nə asan olmayacaq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə
qazanaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |