"Qəbələ"nin "Samtredia" ilə oyunları canlı yayımlanacaq

28.06.2016 | 5488 dəfə oxunub

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsində "Samtredia" (Gürcüstan) ilə keçirəcəyi oyunları "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

Stadium.Az xəbər verir ki, kanal Qəbələ təmsilçisinin ev və səfər oyunlarını canlı yayımla tamaşaçılara təqdim edəcək.  

Kanalın baş direktoru Volkan Üst canlı yayımla əlaqədar bunları bildirib: “Bildiyiniz kimi, UEFA Avropa Liqasında çıxış edəcək komandaların görüşləri "CBC Sport"la canlı yayımlanacaq. Bununla bağlı, bütün klublarımızla razılıq əldə olunub. Azərbaycandakı matçların göstərilməsi ilə bağlı heç bir problem yoxdur. "CBC Sport" bu qarşılaşmaları yüksək keyfiyyətlə çəkib yayımlayacaq. Ancaq biz komandalarımızın səfər oyunlarını da yayımlamaqda çox maraqlıyıq. Təəssüf ki, yalnız  “Qəbələ”nin Gürcüstanda “Samtredia” ilə matçını azarkeşlərə təqdim edə biləcəyik. 

Digər klublarımızın səfər matçlarının yayımlanmamasının bizimlə heç bir bağlılığı yoxdur. İş orasındadır ki, Moldova və Maltada müvafiq olaraq “Daçiya və “Baltsan”ın oyunları yerli televiziyalarda göstərilməyəcək.  Bu səbəbdən də biz “Baltsan” – Neftçi” və “Daçiya” – “Kəpəz” oyunlarını azarkəşlərə təqdim edə bilməyəcəyik. Bakıdan Maltaya və ya Moldovaya STS maşınların aparılması isə təbii ki, mümkünsüz bir işdir. Çox təəssüf ki, Malta və Moldova kimi ölkələrdə öz komandalarının oyununa bu cür barmaq arası yanaşırlar". (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail