"Baltsan" - "Neftçi" oyunu da canlı yayımlanacaq

30.06.2016 | 4285 dəfə oxunub

Bu gün UEFA Avropa Liqasında “Qəbələ” ilə yanaşı, “Neftçi” də ilk oyununu keçirəcək.  Bir neçə gün bundan öncə matçın Malta televiziyası ilə yayımlanmaması səbəbindən CBC Sport-un da bu qarşılaşmanı azarkeşlərə təqdim edə bilmədiyini məlumat vermişdik.  

Stadium.Az xəbər verir ki, CBC Sport-un baş direktoru Volkan Üst vəziyyətin dəyişdiyini bildirib: “Dünən bəlli oldu ki, “Baltsan” – “Neftçi”  oyunu yerli televiziya ilə yayımlanacaq. Hazırda Maltada olan “Neftçi” klubunun rəhbərliyi  danışıqlar apararaq,  bir növ bizə  kömək oldular.  Buna görə, “Neftçi” rəhbərliyinə təşəkkür edirəm.  Bildiyiniz kimi,  “Baltsan” – “Neftçi” qarşılaşması Bakı vaxrı ilə saat 20:00-da başlayacaq. “Qəbələ” – “Samtredia” görüşü isə saat 21:00-də start götürəcək. Bu səbəbdən də “Baltsan” – “Neftçi”  oyunu saat 20:00-dan etibarən CBC İnternational kanalı ilə canlı yayımlanacaq.  CBC İnternational televiziyasının rəhbərliyinə də təşəkkür edirəm ki, bələ məqamda bizə yardım etdilər.  Bir sözlə, “Neftçi” sevərlər  komandamızın səfər oyununu izləmək imkanı əldə edəcəklər. Bir daha “Neftçi” və “Qəbələ”yə bu günkü oyunlarda uğurlar arzu edirəm”.

CBC sport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail