İtaliyalı əfsanə Arriqo Sakki “Bakı”da!

01.11.2011 | 5653 dəfə oxunub

Bülent Korkmaz, Vinfred Şafer və Aleksandr Starkov. Dünya klubu olma yolunda önəmli məsafə qət edən “Bakı” hələ ki, axtardığını tapa bilməyib. Hər üç mütəxəssis ayrı-ayrılıqda “zolaqlılar” üçün nəsə etsə də, düşərgəyə yeniliklər gətirsə də, Hafiz Məmmədovun komandası umduğunu tapa bilməyib. Elə bu səbəbdən də araşdırma davam edir.

Stadium.az xəbər verir ki, yalnız məşqçiləri dəyişməklə dünya klubu olmağın imkansız olduğunu anlayan “Bakı” rəsmilərinin rəhbərlikdə də futbol təcrübəsi geniş olan əcnəbilərin yer almasına isti yanaşır. Bu münasibətlə klubun CEO-su Zeynal Məmmədovla Hafiz Məmmədovun beynəlxalq əlaqələr üzrə müşaviri Tunc Afşar axtarışda idi.

Axtarış artıq nəticə verib. “Zolaqlılar” italiyan və dünya futbolunun önəmli simalarından olan Arriqo Sakkini “rənglərinə bağlayıb”. Peşəkar futbolçu karyerası olmamasına rəğmən, məşqçi kimi böyük nəticələrə imza ataraq, “Parma”, “Milan”, “Atletiko Madrid” və İtaliya millisi ilə adını tarixə yazdıran, eyni zamanda idarəetmə strukturlarında da yer almaqla potensialı ilə hər kəsi heyran edən Sakki karyerasının sonrakı hissəsini “Bakı”ya həsr edəcək. Hazırda İtaliya Futbol Federasiyasının akademiyasında koordinatorluq edən 65 yaşlı mütəxəssisin eyni zamanda şərhçilik etdiyini də diqqətinizə çatdıraq. Sakkinin “Bakı”da hansı postu tutacağı dəqiq bilinmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail