AFFA-dan nümayəndəsini təhqir edən prezidentə sərt cəza

01.11.2011 | 5505 dəfə oxunub


AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilmiş oyunlarda baş vermiş qayda pozuntuları da müzakirə edilib.

Stadium.az xəbər verir ki, müzakirələrin sonunda aşağıdakı qərarlar qəbul olunub:

"Tərəqqi" – "Neftçala" matçının 45+2-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Qeyrət Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində “Neftçala”nın məşqçisi Ceyhun Hüseynovla klubun inzibatçısı Ehtiram Abbasov hakimləri təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 5 oyunluq cəzalanıb, klubları 1000 manat cərimə olunub.

"Bakılı" – "Karvan" matçında "Bakılı"nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Bakılı”nın prezidenti Misir Əbilov matçın AFFA nümayəndəsi Vaqif Davudova qarşı təhqiredici hərəkət etdiyi üçün adıçəkilən şəxs 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
 
“Şahdağ” – “Muğan” matçında “Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 15-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Qüdrət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 83-cü dəqiqəsində “Muğan”ın futbolçusu İlqar Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 83-cü dəqiqəsində “Muğan”ın futbolçusu Rəşad Muradov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
 
“Lokomotiv” – “Sumqayıt Şəhər” matçında “Sumqayıt Şəhər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın 89-cu dəqiqəsində “Sumqayıt Şəhər”in futbolçusu Ruslan Qurbanov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail