Hakimləri təhqir edən futbolçuya 5 oyunluq cəza

01.11.2011 | 5848 dəfə oxunub

AFFA İntizam Komitəsinin bugünkü iclasında I Divizionun ötən turunda baş vermiş qayda pozuntuları da müzakirə edilib. Stadium.az xəbər verir ki, müzakirələrin sonunda aşağıdakı qərarlar qəbul olunub:

“Lokomotiv” – “MKT Araz” matçında “MKT Araz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Şuşa” – “Həkəri” matçının 55-ci dəqiqəsində “Şuşa” klubunun 5 №-li futbolçusu Fərid Quliyev aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

“Şahdağ” – “Karvan” matçında “Şahdağ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 79-cu dəqiqəsində “Şahdağ” klubunun 11 №-li futbolçusu Zahid Tayıbov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

“Muğan” – “Neftçala” matçı başa çatdıqdan sonra “Neftçala” klubunun nümayəndəsi Famil Səfiyev hakimləri təhqir etdiyi üçün adıçəkilən şəxs 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunub.

“Tərəqqi” – “Bakılı” matçında “Tərəqqi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.

MOİK – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində MOİK klubunun 8 №-li futbolçusu Rəfail Qəvami idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində MOİK klubunun 20 №-li futbolçusu Araz Bağırov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyun cəzalanıb, klub 600 manat cərimə olunur. MOİK klubunun inzibatçısı Ceyhun Mehrinari texniki zonadan kənarlaşdırıldığı üçün inzibatçı 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail