Budaq Nəsirov: ""Sportinq" variantını öyrəndikdə sevincimin həddi-hüdudu yox idi"

25.07.2016 | 4287 dəfə oxunub

"Burada olduğum üçün çox xoşbəxtəm. Komandama kömək etmək istəyirəm. "Sportinq"in məni seçməsi faktını və bura gəlmək üçün mənə dəstək olmalarını yüksək qiymətləndirirəm". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Sportinq"in yeni transferi Budaq Nəsirov klubun rəsmi saytına açıqlamasında deyib. 

Portuqaliya təmsilçisinin əvəzedici komandasında oynayacaq millimizin üzvü yeni komandası haqda bunları bildirib: "Menecerim bir neçə variantı nəzərdən keçirirdi. "Sportinq" variantını öyrəndikdə sevincimin həddi-hüdudu yox idi. Çünki "Sportinq" Avropanın ən yaxşı klublarından biridir". 

Portuqalca danışa bilmədiyini deyən Nəsirov tezliklə bu dili öyrənəcəyini vurğulayıb: "Hələ portuqalca danışa bilmirəm. Ancaq söz verirəm ki, tezliklə bu dili öyrənməyə çalışacam. Meydana çıxdığımda oyun keyfiyyətlərimi göstərmək istəyirəm. Məni tanımayan insanlar stadiona gələrək mənim necə çalışdığımı görə bilərlər. Zəmanət verə bilərəm ki, meydanda əlimdən gələnin ən yaxşısını edəcəm. Bu, həm məşqlərə, həm yoldaşlıq görüşlərinə, həm də rəsmi oyunlara aiddir. Çünki indiyə kimi bütün turnirlərdə ürəyimi qoymuşam". 

Müqavilə ilə "Sumqayıt"a məxsus olan Nəsirov ötən mövsümü icarə əsasında "Kəpəz"də keçirib. 21 yaşlı futbolçu "Sportinq"lə 5 illik müqavilə imzalayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail