"Bir daha “Qarabağ”a rəqib olub, Bakıya gəlmək istəyərik"

03.08.2016 | 2867 dəfə oxunub

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Qarabağ" - "Viktoriya" görüşündən sonra Çexiya çempionunun baş məşqçisi Roman Pivarnik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- "Qarabağ"ın bizə rəqib olduğunu bildikdən sonra necə çətin oyunlar keçirəcəyimizin fərqində idik. Bu barədə yetirmələrimə də məlumat vermişdik. Oyunboyu rəqibin əks-hücumlarını diqqət mərkəzində saxlayırdıq.Müdafiədəki səhvimizdən "Qarabağ" istədiyi qolu vura bildi. Hesabı açmaq istəyirdik. Ancaq qapımızda qol buraxdıqdan sonra da səbrli olduq. Bilirdik ki, 1 dəfə fərqlənə bilsək, istəyimizə çatacağıq. Bunu da bacardıq. 60-cı dəqiqədən etibarən 4-4-2 taktiki sxeminə keçdik.

- Nəticəni ədalətli hesab edirsiniz?

- Fikrimcə, ədalətli idi. İlk oyunda da, cavab qarşılaşmasında rəqibi müdafiə olunmağa məcbur etmişdik. Hesab edirəm ki, bu nəticəni haqq etmişdik.

- Bir qol epizodu yaratdınız. Azərbaycan çempionu isə ən azından 3 dəfə fərqlənməli idi...

- Qol buraxdıqdan sonra hücuma atıldıq. Belədə, boşluqlar qaçılmaz idi. Bəli, müəyyən mənada bəxtimiz gətirdi.

- Çexiyadakı görüşdən sonra "Qarabağ"ın bu cür məzmunlu futbol oynayacağını gözləyirdiniz?

 - Fantastik ab-hava var idi. Əla futbol axşamı oldu. Sevinirəm, çox sevinirəm ki, bu cür güclü rəqibə qalib gələ bildik.  Biz zsizlərin hər birinizə təşəkkür edirik. Çox qonaqpərvər xalqsınız. Bunun üçün hər kəsə təşəkkür edirəm. Biz bir daha “Qarabağ”a rəqib olub Bakıya gəlmək istəyərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail