Vəli Qasımov: "Heyətlə bağlı çətinliyimiz var"

06.08.2016 | 2875 dəfə oxunub

"Ölkə çempionatında yeni mövsüm başlanır. Fikrimcə, çoxlu sayda maraqlı oyuna şahidlik edəcəyik. Bütün rəqiblərlə qarşılaşmalara tam hazır vəziyyətdə çıxmalıyıq”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

Klubun saytına açıqlama verən 48 yaşlı mütəxəssis Premyer Liqanın yeni mövsümü və ilk turun bu gün AZAL-la keçiriləcək qarşılaşması haqda fikirlərini açıqlayıb:

“Çempionat uzun marafon olsa da, arxayınlaşmaq olmaz. İlk matçımızı səfərdə AZAL klubuna qarşı keçirəcəyik. Oyuna hazırlığımızı artıq başa vurmuşuq. Baxmayaraq ki, heyətlə bağlı çətinliyimiz var. Son avroliqa matçında zədələnmiş Vançe Şikov düşərgədə olsa da, hələ müalicəsini davam etdirir. Ümid edirəm ki, tezliklə tam hazır olacaq. Yaxın günlərdə əməliyyat olunmuş Elşən Abdullayev də sabah bizə kömək edə bilməyəcək. Araz Abdullayev isə məşqdə ikili mübarizə zamanı zədə aldığı üçün onu meydana buraxmaqla risk etmək istəmirik. Əsas heyətin 3 aparıcı futbolçusunun olmaması işimizi müəyyən qədər çətinləşdirsə də, onların əvəzinə meydana çıxacaq futbolçulara da inanırıq”.

AZAL – “Neftçi” oyunu bu gün keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail