"Bakı"nın məşqçisi "Boloniya"da

03.11.2011 | 4753 dəfə oxunub

"Bakı" futbol klubu futbol akademiyasının rəhbəri və uşaq futbolu üzrə baş koordinatoru Yüksəl Kepoğlu "Bolonya" klubunun təcrübəsi ilə tanış olmaq məqsədi ilə İtaliyaya yollanıb. Stadium.az xəbər verir ki, Yüksəl Kepoğlu İtaliyanın ən köklü və iddialı klublarından biri olan "Bolonya" ilə əməkdaşlıq qurmaq və gənc futbolçuların hazırlıq prosesini yerində izləmək məqsədi ilə bu klubun təlim-mərkəzində 1 həftəlik təcrübə keçir. 

Baş koordinatorun səfərinin əsas məqsədi gənc və yeniyetmə futbolçuların məşqlərini və nəzəri məşğələlərini izləmək, bu sahədə seçilən klublardan biri olan "Boloniya"nın təcrübəsindən yararlanmaqdır. 

Yüksəl Kepoğlu "Bolonya" klubunun prezidenti Albano Guaraldi, baş məşqçi Stefano Pioli, əfsanəvi futbolçu Marco Di Vayo ilə görüşərək "Bakı" futbol klubu haqqında geniş məlumat verməklə bərabər, italiyalı mütəxəssisləri ölkəmizdə, xüsusən də, "Bakı" futbol klubunda aparılan işlərlə tanış edib. 

Yüksəl Kepoğlu klublar arasında gələcək əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inandığını bildirərək, uşaq komandaları arasında turnirlərin keçirilməsi, təcrübə mübadiləsi, məşqçilərin qarşılıqlı səfərlərinin təşkilinin böyük əhəmiyyət daşıyacağını bildirib. 

İtaliya klubunun rəsmiləri qısa bir zaman ərzində inşa olunub, uşaqların ixtiyarına verilən təlim-məşq bazası və futbol akademiyasının "Bakı" futbol klubunun inkişafı üçün əvəzsiz töhvə olduğunu ifadə ediblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail