İlin ən yaxşıları mükafatlandırıldı

03.11.2011 | 6897 dəfə oxunub

Bu gün Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası 2010-2011 mövsümünün qaliblərinin mükafatlandırma mərasimini keçirib. Stadium.az xəbər verir ki, mərasimdə ilin ən yaxşıları müəyyənləşib və hədiyyələrlə təltif edilib.

İlin ən yaxşı baş məşqçisi Arif Əsədov olub. Nazim Süleymanov və Mirça Rednik də mükafatlandırılıb. Avrokuboklarda ölkəmizi uğurla təmsil etdiyinə görə isə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova da mükafat verilib. "Qəbələ"nin ingilisi baş məşqçisi Toni Adams isə ən ədalətli futbol adamı mükqfatına layiq görülüb.

İlin ən yaxşı qapıçısı milli komandamızın və "Xəzər Lənkəran"ın qapısını qoruyan Kamran Ağayev olub. Ən yaxşı müdafiəçi "Neftçi"nin üzvü Ruslan Abışov olub. Digər iki mükafatçı isə "Qarabağ"ın və millimizin oyunçusu Rəşad Sadıqov və "Neftçi"li İqor Mitreski seçilib.

Ən yaxşı yarımmüdafiəçi adına Flavinyo layiq görülüb. Braziliyalı həm də ilin ən yaxşı futbolçusu olub. Yarımmüdafiəçilərdən digər 2 nominant isə Rəşad Sadiqov və Georgi Adamiya olub.

Ən yaxşı hücumçu ötən mövsümü "Xəzər Lənkəran"da keçirmiş Uinston Parks olub. Mükafatlandırılan digər iki hücumçu Rauf Əliyev (Qarabağ) və "Neftçi"nin üzvü Bahodir Nasimov olub.

İlin bombardiri, məlum olduğu kimi, 18 qolla "Qarabağ"ın gürcü futbolçusu Georgi Adamiya olub və ona mükafat təqdim edilib. İlin ən gözəl qolunu vurmuş Elvin Yunusov da mükafatlandırılıb. 

İlin ən yaxşı TV jurnalisti "Xəzər" TV-nin əməkdaşı Emin Abbasov olub. Ən yaxşı sayt jurnalisti adına isə Mehman Süleymanov (apasport) layiq görülüb. Natiq Muxtarlı isə qəzetdə çalışan ən yaxşı jurnalist kimi mükafatçılar sıyahısında yer alıb.

Ən yaxşı qapıçı – Kamran Ağayev (Xəzər Lənkəran)
Ən yaxşı müdafiəçi – Ruslan Abışov (Neftçi)
Ən yaxşı yarımmüdafiəçi – Flavinyo (Neftçi)
Ən yaxşı hücumçu – Uinston Parks (Xəzər Lənkəran)
Ən yaxşı məşqçi – Arif Əsədov (Neftçi)
Ən yaxşı bombardir – Georgi Adamiya (Qarabağ)
Ən yaxşı qol – Elvin Yunusov (Simurq)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail