Şahin Diniyev: "Çalışdıq ki, fasilə müddətindən səmərli istifadə edək"

07.09.2016 | 3017 dəfə oxunub

DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Topaz Premyer Liqada yaranmış fasilə müddətində “Kəpəz” iki mərhələli hazırlıq dövrü keçib. Komanda həmçinin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması və “Şərurspor” ilə yoxlama matçlarında qüvvəsini sınayıb. 

Stadium.Az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev kapazpfc.az saytına komandanın fasilə dövründəki hazırlığından bəhs edib:
 
“Çalışdıq ki, fasilə müddətindən səmərli istifadə edək. “İnter” ilə çempionat oyunu komandanın formaya düşdüyünü, ritmi tutduğunu göstərdi. Çempionatda yaranan fasiləni sığortalamaq üçün hazırlıq dövrünü iki beş günlük mərhələyə böldük. İlk olaraq daha çox fiziki hazırlığın üzərində işlədik. Yorğunluq fonunda U-21 yığması yoxlama matçı keçirdik. Bu oyunda iki heyətlə çıxış etməklə bütün futbolçulara meydana çıxmaq şansı verdik. Sonrakı mərhələdə taktiki hazırlığa üstünlük verib, yekunda “Şərurspor” ilə oynadıq. Fiziki çalışmalardan sonra hələlik komandada müəyyən ağırlıq var. Bu həftə məşqlərimiz taktiki və texnik hazırlıq üzərində qurulub. Standartlar, hücum və müdafiə zamanı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik. Bütün məşqlərimiz “Zirə” ilə oyuna köklənmiş hazırlıq olacaq”.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail