İniyesta: "Premyer Liqada problemlə üzləşəcəyini düşünmürəm"

07.09.2016 | 3494 dəfə oxunub

"Barselona"nın yarımmüdafiəçisi Andres İniyesta "Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın İngiltərəyə uyğunlaşması haqqında danışıb.

Stadium.Az xəbər verir ki, futbolçunun fikrincə Pep "Dumanlı Albion"a tez bir zamanda adaptasiya ola biləcək.

"Quardiola necə adaptasiya olmalı olduğunu yaxşı bilir. Bu baxımdan onun Premyer Liqada problemlə üzləşəcəyini düşünmürəm. Bundan savayı "şəhərlilərin" yeni məşqçisi Mikel Arteta da bu baxımdan Pepə dəstək olacaq. 

Futbolçular öz komanda yoldaşları və məşqçilərindən hər gün nəsə öyrənirlər. Mən də Qvardioladan çox şey öyrənmişəm. O, mənim güclü futbolçu olmağımda yardımçı oldu. Düşünürəm eyni köməkliyi Pep "Mançester Siti" futbolçularına da edəcək.

"Manmester Siti" transfer bazarında fəal iştirak edərək rəqabətədavamlı heyət qura bildilər. Nolito? Mən onu "Barselona" və yığmadan çox yaxşı tanıyıram. O, əla start verib və bu tempdə də davam etməsini arzulayıram" deyə futbolçu bildirib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail