Tərlan Əhmədov: "Belə biabırçılıq gözləmirdim"

09.09.2016 | 3539 dəfə oxunub

AZAl-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turunun "Qarabağ"la oyundan (6:0) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Nə deyəcəyimi bilmirəm, danışmağa çox çətinlik çəkirəm. İlk dəfədir ki, belə halla rastlaşırıq. Komanda uduzsa da mübarizə aparmalıdır. Mən meydanda olan komandamı tanımadım. Mən mübariz komanda yaratmaq istəyirdim, belə çıxır ki, komandaya yenidən baxacam. Bu məğlubiyyətə görə günahkar mənəm. Bu oyun bizə dərs oldu. Yaxşı ki, belə oyun mövsümün əvvəlində oldu. Əgər daha sonralar baş versəydi, bəlkə də qaldıra bilməzdik.

- Oyunçuları cəzalandıracaqsız?

- Xeyir, bu, bir oyundur. Bütün komanda məğlub olub. Hər məğlubiyyətdən sonra futbolçu cəzalandırsaq, o zaman oynatmağa oyunçu tapmarıq.

- AZAL bu qədər zəif komandadır?

- "Qarabağ" çox güclü komandadır. Ötən 3 turda gördüyüm komandamdan bu gün əsər əlamət yox idi. Rəqib öz oyunun oynayır, öz sistemləri var. Yaratdığı qol vəziyyətlərindən də istifadə etdi.

- Belə oyun  gözləyirdiz?

- Yox, belə biabırçılıq gözləmirdim. Hardasa özümdə arxayınçılıq vardı ki, yaxşı oyun olacaq.

-AZAL vaxtilə "Qarabağ"ı 6:2 hesabıyla məğlub etmişdi. Sizə elə gəlmir ki, rəqib bu gün qisas aldı?

- Mən bu barədə bir söz deyə bilmərəm. Axı hardan bilim ki, kimsə ürəyində, beynində nə düşünür?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail