Zaur Svanadze: "Futbolçu qol vurmalı olduğu yerdə olmur"

11.09.2016 | 2883 dəfə oxunub

"Oyundan razıyam. Çoxlu qol vəziyyətləri yaratdıq. Təəssüf ki, bütün vəziyyətlərdən yararlana bilmədik. Fasilədən sonra ikinci qolu vurduqdan sonra rəqib üzərimizə təzyiqləri gücləndirdi. Təəssüf ki, bu zaman qapımızdan qol buraxdıq. Bununla belə, oyundan və nəticədən razıyam".  
 
Stadium.Az xəbər verir ki, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze "Sumqayıt"a qalib gəldikləri (2:1) oyundan sonra keçirilən mətbuat konfransında deyib. 
 
Gürcüstanlı mütəxəssis çoxlu qol vəziyyətləri yaradan, amma istifadə edə bilməyən komanda olduqlarını vurğulayıb: "Futbolçu qol vurmalı olduğu yerdə olmur. Bütün məşqlərdə qol vurmaq üzərində çalışırıq. Düşünürəm ki, tezliklə bu çatışmazlığı aradan qaldıracağıq".
 
Svanadze FİFA tərəfindən kluba qoyulan transfer qadağası ilə bağlı da danışıb: "Bir-iki mövqeyə oyunçu almağı planlaşdırırdıq. Amma qadağa üzündən ala bilməyəcəyik. Amma qadağanın müsbət tərəfi ondadır ki, futbolçular məsuliyyətlərini başa düşüb, daha səylə hazırlaşacaq. Digər tərəfdən, komandamız elə də səs-küylü transfer etməyə hazırlaşmırdı". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail