"Neftçi" rəhbərliyi rüsvay olmalarında jurnalist, azarkeş və eks klub rəhbərliyini niyə ittiham edir? - YAZI

13.09.2016 | 6290 dəfə oxunub

“Neftçi”nin hazırda biabırçı durumda olması hər kəsə bəllidir. Ölkə futbolunun flaqmanı hesab olunan bu komandanın “Qəbələ”yə 0:8 hesablı məğlubiyyəti isə vəziyyətin son və nə qədər acınacaqlı durumda olduğunu bütün xalqa göstərdi.

Partlayış məhz bu oyunda oldu. Komanda meydanda nəinki mübarizə apardı, heç buna cəhd də etmədi. Əslində, bunun baş verəcəyini gözləmək olardı. Bir neçə gün əvvəl “Neftçi”dən ayrılan komandanın hücumçusu Ruslan Qurbanov açıqlamasında bildirmişdi ki, “klubda ona heç it qədər də hörmət qoymurlarmış”. Ruslan isə “Neftçi”dən ayrılan kimi millimizin səfərdə San Marinoya qalib gəldiyi oyunda qələbə qolunun müəllifi oldu. “Qəbələ”də bir gün məşq etdikdən sonra isə start heyətində meydana çıxdı və “Neftçi”yə 2 qol vurdu.

Ruslan elə bu məqamlarla sübut etdi ki, “Neftçi” hazırda qeyri peşəkarların əlindədir. Klubda idarəçi olan şəxs(lər) çox yaxşı yazıçı, dramaturq, aktyor, musiqiçi, pianoçu, hətta yaxşı sabun reklamına da çəkilə bilər, amma Avropa Liqasının qrup mərhələsində oynamış və ölkənin ən köklü klubunu idarə etmək onlarlıq deyil. Bunu onların “Neftçi”də olduğu müddətdə klubda gördükləri iş açıq-aşkar göstərir. Hamı bilir ki, “Neftçi” biabırçı gündədir. Böyükağa Hacıyev bax bu günün “Neftçi”si üçün demişdi o “bir ana, iki bacı lazımdı, “Neftçi”ni qabağına qoyub ağlasın” sözlərini.

“Neftçi” rəhbərliyi isə indi çox utancverici yola əl atıb. Demək, onlar klubun rəzil bə biabırçı günə düşdüyünün səbəblərini axtarmaq, problemlərin həlli yollarını aramaq, islahatlar aparmaq əvəzinə uğursuzluğu azarkeşlərin, jurnalistlərin, hətta özlərindən öncəki klub rəhbərliyinin üzərinə atmağa başlayıblar. Bu barədə isə “Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə status sosial şəbəkədə status paylaşıb.

Aktyor Bəhramın həmin statusunu olduğu kimi təqdim edirik:

“Neftçi” azarkeşləri!
Biz Sizə bildirmək istəyirik k
i, Sizi aldadırlar. Klubumuza qarşı kampaniyalar hələ ötən ildən başlamışdı. Müşahidə Şurası yaradılan kimi vəzifəli adamların qohum və tanışları işdən kənarlaşdırıldı, uşaq futboluna “tanışlıq”la qəbul edilmiş şəxslər klubdan uzaqlaşdırıldı. Qərar verildi ki, klubun bütün xərcləri tam şəffaf şəkildə yoxlansın və bu prosesi müstəqil olan audit şirkəti həyata keçirdi. Buna qədər “Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks mövqe nümayiş etdirməyə başladılar. Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə “Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Bunun müqabilində klub samballı saytlarla əməkdaşlıq etməyə başladı. 
Nə Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləməyə imkan vermədilər. Biz onları müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi. Hər iki məşqçi bu təzyiqə davam gətirməyərək öz xahişləri ilə tutduqları vəzifədən ayrıldılar. Bu məşqçilər indi də ölkəmizdədirlər və əgər ehtiyac olarsa onlar hansı təzyiq altında işlədikləri barədə və qarşılaşdıqları çətinliklər haqqında danışa bilərlər. Bundan başqa azarkeş toplumunu təmsil edən bəzi şəxslər bizə xəyanət etdi. Klubdan böyük maliyyə dəstəyi alan bu sıravi azarkeşləri də aldatdılar. Azarkeş toplumunu inkişaf etdirmək məqsədi ilə klubdan pul alan şəxslər komandaya qarşı məqsədli etirazlar və çıxışlar təşkil etdi. Əgər ehtiyac olarsa biz bu şəxslərin adlarını siyahı şəklində açıqlaya bilərik. 
Nəticədə əsas komandanın oyunu hazırki səviyyəyə endi. Komandaya gələn futbolçular açıq-aşkar məşqçilərin “ayağının altını qazmağa” başaldı. Bununla yanaşı transfer siyasəti də klub icraçıları və məqşiləri tərəfindən biabırçı şəkildə icra edildi. Biz sizə həqiqət yazırıq! Bu məğlubiyyətdən sonra hamımız hisslərimizlə davranırıq. Amma məhz “Qəbələ” klubuna qarşı ötən mövsümün may ayında 3 oyun keçirdik və bu qarşılaşmaların heç birində məğlub olmayaraq ölkə kubokunun finalına çıxdıq. Həmin oyunları yada salın və son matçla müqayisə edin. İlyarım ərzində “Neftçi” iki dəfə Azərbaycan kubokunun finalına yüksəldi və həlledici oyunlarda “Qarabağ”a (son final matçının 120-ci dəqiqəsində) məğlub oldu. Bizim nəticələrimizə diqqət yetirin.
Əgər “Neftçi”də hər şey belə pisdirsə necə olur ki, əvəzedici komandamız ölkə çempionatında ilk pillədə qərarlaşıb. Necə olur ki, bizim yeniyetmə və uşaq komandalarımız müxtəlif yaş qrupları üzrə çempion olur və mükafatlara yiyələnirlər.

Əziz azarkeşlər! Sizi sadəcə aldadırlar! Əsas komanda “ağır yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insanlar istəyir ki, bahalı legionerlər cəlb edib onlara və agentlərinə pul qazandırsınlar. Bir çoxları bu klubun puluna göz dikib yenidən ona əl uzatmağa çalışırlar. Bütün məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq. Biz “Neftçi”ni yüksəldib Çempion edəcəyik! 
Biz bu komandanı sizdən az sevmirik amma bu yoldan da dönməyəcəyik. Sadəcə səbr edin və inanın ki, biz doğma “Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın. Biabırçı oyunlar və bu kimi nəticələr təkrarlana bilər. Fikir verin komanda uduzan kimi “Neftçi” üçün “narahat” olan bəzi keçmiş futbolçular hərəkətə keçərək rəhbərliyin istefasını tələb etdilər. Oxşar nümunə dünyanın heç bir yerində yoxdur. Bu sifarişli tələblər və yazılardır. Bizim klubun tarixində ağır günlər olub. “Ararat” klubuna 1-6 və polşa təmsilçisinə iki oyunun nəticəsinə görə 0-10 hesablı məğlubiyyətləri misal göstərmək olar. Amma bu nəticələrdən sonra da “Neftçi” ayağa qalxaraq çempionluq üçün oynadı. Həmişə belə olub və olacaq. Müsəlman dünyasında günahsız insanı təqsirləndirmək böyük günah sayılır. Bizi əbəs yerə günahlandıranlar başa düşməlidir ki, dedikləri sözlərə görə allahın qəzəbinə tuş gələ bilərlər.
Əgər bizim getməyimiz sevimli klubumuza xeyir verəcəksə biz getməyə hazırıq. Amma biz bu klubu futbol işbazlarına və transferlərdən pul qazanma istəyənlərin ümidinə qoymayacağıq. Bizim hər birimiz bütün xərclərin tam şəffaf olmasına ləyaqətimiz və adımızla cavabdehik. Biz sevimli komandamız üçün əlimizdən gələn hər şeyi edəcəyik.

“Neftçi” PFK-nın Müşahidə Şurasının üzvləri Mehdi Nəcəfov

Bəhram, sənin işin azarkeşi, tamaşaçını güldürməkdən ibarətdir. Amma etiraf edim ki, sən bunu klubda da məharətlə edirsən. Heç tamaşa göstərməyə, aktyorluq etməyə, arvad paltarı geyinməyə də ehtiyac qalmayıb. “Neftçi”ni elə hala salmısız ki, rəqib azarkeşlər sizə gülür, özünüzkülər isə sizə söyərək ağlayır!

Paylaşdığın statusdan məlum olur ki, sən demə, “Neftçi”ni bu rüsvayçı vəziyyətə eks klub rəhbərliyi, azarkeşlər və jurnalistlər salıbmış. Çox gözəl!

Fərz edək ki, elə durum sən dediyin kimidir. O zaman bəs siz orda nə işə baxırsız? Niyə bunun qarşısını almırsız? Siz “Neftçi”yə klubu idarə etmək üçün gedib gəlirsiz, yoxsa orda artistlik etmək üçün?

Görüntünün olası içeriği: 2 kişi , takım elbise

Bəhram bu paylaşımda hətta jurnalistləri əvvəlki “Neftçi”dən rüşvət almaqda, bunların gəlişindən sonra “payları” kəsildiyi üçün kluba qərəzli mövqe nümayiş etdirməkdə günahlandırır, ittiham edir! Bəhram, siz anlamırsız ki, sizdən əvvəlki dönəmdə işləyən klub rəhbərliyini hamı bu klubda işlədiyinə görə yox, onların kişiliyinə, kişi sözünə, mərdliklərinə görə tanışışdı. Yəni onlar özlərini aktyorluq etməklə, qab şanpunun reklamına çəkilməklə, "Qırılmaz Kanalizasiya Boruları"nı tərifləməklə tanıtmamışdılar xalqa. Onları hami mərd kişilər kimi tanıyırdı, elə də tanıyırlar. Səni başa düşürəm, bu uğursuzluqların fonunda keçib qalmısız o borularda, axı qırılmaz borulardı, qırılmırlar ki, boruya keçən hissənizi xilas edəsiz. Vəziyyət sizin üçün həqiqətən ağırdır. Bu yöndə məsləhət də verə bilərəm, özünüzü “Fairy” şanpunu ilə yuyun, həm təmizlənərsiz, ləkə-məkə qalmaz, həm də şanpunlanın ki, borudan çıxa biləsiz. Daha kişilik (qalıbsa əgər) sözünün üstündən xətt çəkib, uğursuzluqları nakişicəsinə kiminsə ayağına yazmayın. Udanda da kişi kimi danışın, uduzanda da. Lap elə biabır olanda da!

 Bəhramın sosial şəbəkədə bu boşboğaz və ağılsız paylaşını klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev tez başa düşüb. Bəhramdan sonra özü dərhal sosial şəbəkə hesabından paylaşım edib. Çingiz müəllim bir növ Bəhramın boşboğazlığını həm təsdiq etmiş olub, həm də bunu “malalamağa” çalışıb. Abdullayevin paylaşımı isə belədir:

“Indi hami duşünəcək ki ,Sadıq Sadıqov tagsırkardı.O, elə Neftçi üçün hər şey edirdi.Korrupsiyalı jurnalistlər, vicdansız futbolistlər, idmanda olan digər meyarlar və coxlu başqaları hansı ki, ona da maneye törədib”.

Çingiz müəllim, daldan atılan daş həmişə topuğa dəyib. S.S-dən ehtiyat edərək bunu yazmazdan öncə boşboğazınızı yanınıza çağırıb, ona qulaqburması verin. Çingiz müəllim, Bəhram ad çəkməsə də, siz onun elə Sadıq Sadıqovu nəzərdə tutduğunu demiş olduz.

Hörmətli Çingiz müəllim və Bağırzadə, çox da qışqırıb bağırmaqla deyil, sizlər ittiham edirsiz ki, klubda maliyyə fırıldaqları olub. Başınızı dəvəquşu kimi soxmusuz qumun altına, arxanız qalıb çöldə, gün vurur. Siz hələ də başa düşməmisiz ki, hazırda “Neftçi”də Müşahidə Şurasının üzvü və maliyyə məsələlərinə nəzarət edən şəxs, Cəbrayıl Cəbrayılov və mühasib olan Qədim Əsgərli elə sizdən əvvəl də klubda pul işinə baxan şəxslər idi. Əgər sizdən əvvəl klubda pul yeyintiləri olubsa, demək, bu iki şəxs də həmin işlərdə barmaq sahibi olub. İndi bəs onlar niyə də hələ sizinlə işləyirlər? Yoxsa məqsədiniz bu iki şəxsi də “vuraraq” pul işinə nəzarəti ələ almaqdı?!

Bəhram, yaxşı aktyor və futbol azarkeşi olmaq sənlik deyil! Şanpun və qırılmaz kanalizasiya borularını çox yaxşı reklam edirsən. Özünü “Neftçi”də yox, elə bacardığın bu sahədə sınamaqda davam et. İnan ki, çox yaxşı perespektivin görünür!.. “Asvijitil”i də unutma, amma qızıl gül yox, limonlu olsun!

P.S. Yuxarıda yazılan və Bəhramın paylaşdığı o fikirlər Bağırzadəylə yanaşı “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü  Mehdi Nəcəfova da aiddir. Nəcəfov isə Təhsil Nazirliyinin işçisidir. Hörmətli Medi bəy, bari siz susun. “Neftçi”də baş verənlər,  ölkədə rüşvətin açıq bazardaymış kimi ayaq tutub yeridiyi təhsil sitemindəki biabırçılıq və rusvayçılıqdan daha abırlıdır.

P.P.S. Ölkə mediasında olan ən düşük idman jurnalisti belə sizlərdə olan vicdan anlayışının müqabilində əzəmətli palıd ağacı kimi görünür!

Vüsal BƏBİRLİ 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail