Qurban Qurbanov: "Onları desəm, siz stadiona gəlməzsiz"

15.09.2016 | 4715 dəfə oxunub

Avropa Liqasının ilk turunun "Qarabağ" - "Slovan" oyunundan sonra Ağdam klubunun baş məşqçisi Yindrix  Tripişovski mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- İlk oyun  həqiqətən bir qədər ağır olur. Çünki hər komanda ilk oyuna uğurla başlamaq istəyir. Son saniyədə qol vurmaq o deməkdir ki, komanda sona kimi oynayır. Futbolçulara bir sözüm yoxdur, çox ağır oyun idi. İkinci qoldan sonra futbolçuların özünə gəlməsi çətin oldu. Hər kəsə təşəkkür edirəm. Çəkinmirik, qorxmuruq, sona kimi oynayacağıq.

- Sanki bu gün Kintanın qolu deyildi...

- Hakimin də qüsurları çox idi. Amma oyjna yenidən baxsaq çox yaxşı qərar vermək olar. Bu komanda ilk növbədə rəqibin oyunun pozmaq üçün oynayırdılar. Danidə də bəzi məqamlarda alınmırdı. Amma son 15 dəqiqədə yaxşı oynadı. Mən ondan razı qaldım. 

- Rəşad Sadıqov hərdəfə hücuma qoşulanda həmişə rəqib üçün təhlükə olur...

- Rəşadın təcrübəsi imkan verir ki, nə zaman hücuma getdiyini dəqiq düşünsün. Daim hücuna getsək bizim müdafiə xəttində problemlərimiz olar. O qədər də çox qabağa yollamayacam onu.

- Reynaldonun cəmi 1 qolu var . Razısız ki, əvvəlki Reynaldonu görə bilmirik?

- Biz də ondan daha yaxşı oyun göstəririk. O, 6 aydan çox zədəli oldu. İndi formaya düşür və yaxşılığa doğru gedir. Biz əlimizdə olan futbolçuları yaxşı formada saxlamağa çalışırıq. Belə oyunlarda onun kiki hücumçulara qarşı daha diqqətli olurlar. Bütün məşqçilər ona dahaçox nəzarət etməyi tapşırırlar.

- Komanda 3 dayaq yarımmüdafiəçisi ilə oynayır. Bu hücum qurmaqda problem yaratmır?

- Mən bu sistemi seçmişəm və bütün uğurlarımız bu sistemlə olub. Lazım gələndə sistemi oyunun gedişində dəyişirik. Keçmiş oyunlara baxsaq çox vaxt biz rəqibi arxadan gələn futbolçularla məğlub etmişik. Bu sistemi daha da yaxşılaşdırmağa çalışacağıq.

- Respublika stadionunu dolduran azarkeşlər bu gün kiçik bir arenamı doldurmadılar...

- Azarkeşlərə toxunmamaq lazımdı. Biz oyunları daha gec saatlara salmaq istəyirdik. Məncə bu saatla bağlı idi. Amma UEFA icazə vermədi.

- Komanda son oyunlarda 19 dəfə ofsayta düşüb...

- Bəlkə də 19 çoxdur, amma bu bizim hücumda oynadığımızdan irəli gəlir.

- Komanda optimal formadadır?

- Bəzən biz ancaq özümüzü düşünürük, heç vaxt rəqibi nəzərə almırıq. Amma indi avropada hər gün inkişaf etməyən komanda yoxdur. Ən böyük klublarda belə azarkeşlər və jurnalistlər narazılıq edir. Pik həddə çatmamağımızda Azərbaycan futbolunjn nöqsanları özünü göstərir. Biz çempionatda belə oyunlar oynamırıq. Hərə 10 faiz öz oyunun artırsa daha yaxşı səviyyəyə gəlib çatarıq. 

- Bədavinin durumu necədi? 

- Elvin son oyunlarda pis təsir bağışlamır. Sadəcə ola bilər ki, sizlərdə Elvinə ina  azdı. Səhv hamı edir. Miçel səhv etdi, qapıçıza qol vuruldu. Biz Elvini daha yaxşılaşdırmalıyıq. Digər variantlar isə rəqiblərdən aslı olur.

- Son dəqiqədə komanda sevindi  və çexlərlə son 3 oyjn heç-heçə bitib...

- Məni nəticədən çox futbolçuların necə oynayacağı vəziyyət maraqlandırırdı. Əvvəlki oyunları nəzərə almıram. 

- Mişelin səhvindən sonra komanda məğlub olsaydı, onun durumu necə lardı?

- Səhvdən sonra futbolçunu silsək bu, çox pis olar. Çox şükürlər olsu  ki, hər şey qaydasındadı və biz heç nədən naşükürlük etmirik.

- Klub rəhbəri bildirib ki, məqsəd qrupdan çıxmaqdır. Siz nə düşünürsüz?

- Futbol adi bir oyundur. Mən proqnoz verməyi xoşlamıram və bu barədə nəsə deyə bilmərəm. Qrupdan çıxmağımıza söz verə bilmərəm. 

- Məğlub duruma düşdüyünüz andan hesab bərabərləşənə qədər olan müddətdə olan keçirdiyiniz hisləri paylaşa bilərsiz?

- Təəssüflər olsun ki, xeyir. Mən bu hisləri paylaşsam, heç kim stadiona gəlməz.

- Ötən mövsüm "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran "Seltik" "Barselona"ya 7 cavabsız qolla məğlub oldu...

- Bu o demədir ki, biz hələ orda oynamağa layiq deyilik. Ancaq orsa oynasaq da əlimizi yanımıza salmayacağıq.

- Siz hələ də Almeydanın zəif çıxış etməsiylə razı deyilsiz?

- Mən Riçardın oyunundan razıyam. Almeyda çox yaxşı oynayır. Biz həm də rəqibi düşünməliyik. O, öz işinkn öhdəsindən layiqin ə gəlir. Mən Riçarddan razıyam.

- Komandanın yeni transferi serbiyalıdır. Əsas qapıçı isə Bosniyalıdır. Bu iki dövlət isə düşmən mövqeyindədir...

- Siyasəti idmanla qarışdırmaq lazım deyil. Bizim daha əvvəl də serbiyalı qapıçımız var idi. Onun ən yaxın dostu isə Ansi və Telli idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail