Flavinyo: "Rövnəq Abdullayevə Azərbaycan pasportu almaq istədiyimi dedim"

05.11.2011 | 5569 dəfə oxunub

“Neftçi” klubunun yarımmüdafiəçisi, ötən ilin ən yaxşı futbolçusu seçilmiş Flavinyo Azərbaycan pasportu almaq niyyətindədir.

Stadium.az PFL-in saytına istinadən xəbər verir ki, o, bu barədə medalları təqdimetmə mərasimində AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edib. Azərbaycanda olduğu bir neçə ildə bura öyrəşdiyini deyən futbolçu məsələ ilə bağlı açıqlamasında bunları deyib:

“Artıq bir neçə ildir ki, Azərbaycandayam. Bura çox öyrəşmişəm. Azərbaycana gəlməklə futbol karyeramda yeni bir səhifə açıldı. Adət-ənənələrə, Bakıdakı ab-havaya öyrəşmək mənim üçün çətin olmadı. Burada futbola göstərilən diqqət və qayğı da urəyimcə oldu. Burada olduğum müddətdə dini, irqi ayrı seçkilik görmədim.

Bu baxımdan Azərbaycan tolerant bir ölkədir. Bütün bunları nəzərə alaraq, medalları təqdimetmə mərasimində AFFA prezidenti Rövnəq Abdullayevə yaxınlaşaraq, Azərbaycan pasportu almaq niyyətimi ona bildirdim. AFFA prezidenti də öz növbəsində bunu müsbət qarşıladı və baş katib Elxan Məmmədova bununla bağlı göstərişlərini verdi. Klubumuzda legionerlərə, o cümlədən mənə Azərbaycan haqda kifayət qədər məlumat veriblər. Tezliklə Azərbaycan pasportu daşıyacağıma inanıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail