"Qəbələ"nin AZAL-la 31-ci dueli

17.09.2016 | 2536 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının V turunda AZAL-la qarşılaşacaq. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, cari mövsümdə ilk dəfə ev oyununu Qəbələ şəhər stadionunda keçirəcək “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 31-ci dəfə üz-üzə gələcək. İlk dəfə 2006-cı il noyabrın 4-də qarşılaşan komandalar indiyədək 30 matçda münasibətlərini ayırd edib. İki dəfə ölkə kubokunda yolları kəsişən komandalar 2008/09 mövsümünün 1/4, 2009/10 mövsümünün 1/8 finalında qarşılaşıblar. İlk dueldə (1:1, 1:0) Qəbələ, ikincidə (2:0, 0:1) Bakı təmsilçisi mərhələ keçib. 

Digər 26 matç isə Premyer Liqa çərçivəsində keçirilib. Ümumilikdə 30 oyunda “qırmızı-qaralar” 10 qələbə qazanıb, 9 heç-heçə edib və 11 dəfə uduzublar. Top fərqində də bakılılar öndədir – 37:31.

AZAL-la oyunlarda “Qəbələ”nin heyətində ən çox fərqlənən Cavid Hüseynovdur. Onun hesabında 4 qol var. Kənan Kərimov bakılıları 3 dəfə məyus edib. Kristian Torres, Fərzad Hatəmi, Daniel Subotiç, Viktor Mendi və Aleksey Qay hərəyə 2 qolun müəllifidir. Baş tutan matçlardakı AZAL-ın oyunçuları 4 avtoqola üzülüblər. Alves dos Santos, Şəhriyar Rəhimov, Laşa Kasradze və Kamil Hüseynov “Qəbələ” ilə matçlarda öz qapısına qol vurublar.

“Qəbələ”nin ev oyunlarına gəlincə, 16-cı matç ərəfəsində komandalar hərəyə 4 qələbə qazanıbsa, 7 matç heç-heçə nəticələnib. Top fərqində isə qonaqlar üstün olub – 10:11.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail