Rauf Əliyevdən 40-cı qol

19.09.2016 | 3734 dəfə oxunub

“İnter”in futbolçusu Rauf Əliyev Azərbaycan çempionatlarında yubiley qolunu vurub.

Stadium.Az xəbər verir ki, 27 yaşlı hücumçu Premyer Liqasının V turunun “Neftçi” ilə qarşılaşmasında 2 dəfə fərqlənib.

O, bununla da ölkə çempionatlarında qol sayını 40-a çatdırıb. Bu matçadək hesabında 38 qol olan Əliyev 39-cu və 40-cı toplarını özünün 188-ci matçında vurub. Bu qol ona Azərbaycan çempionatları tarixinin ən məhsuldar oyunçuları sırasında 51-ci yerə şərik olmaq imkanı verib. Rauf Mehman Allahverdiyev, Junivan Suares, Samir A. Məmmədov və Fernando Pereslə eyni sayda qol sevinci yaşayıb. İlk qolunu 2006/07 mövsümündə vuran hücumçu 4 klubun heyətində rəqib qapılarına yol tapıb. “Qarabağ”da 23, “Bakı”da 11, “Xəzər Lənkəran” və “İnter”in hərəsində 3 dəfə fərqlənən Rauf oynadığı klublardan yalnız birində - “Neftçi”də qola həsrət qalıb.
Qeyd edək ki, Əliyev 2 qolla “Neftçi” üzərində 2:1 hesablı əzmkar qələbədə pay sahibi olub. Bununla da “ağ-qaralar”ın ölkə çempionatlarındakı yeni antirekordu qeydə alınıb. “Neftçi” Azərbaycan çempionatları tarixində ilk dəfə ardıcıl 4 oyunda məğlub olub.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail