İlham Əliyev UEFA prezidentini qəbul edib

30.09.2016 | 2928 dəfə oxunub

"Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verilir. Bu məqsədlə ölkəmizdə yeni stadionlar tikilib, uşaqlar üçün xüsusi inkişaf proqramları hazırlanır. Ümidvaram ki, gənclər və uşaqlar üçün yaradılan şərait bir neçə ilə yaxşı nəticələr verəcək".

Stadium.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 30-da Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı tədbirlərin keçiriləcəyini vurğulayan Prezident İlham Əliyev qonaqların ölkəyə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Aleksander Çeferini UEFA prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu posta seçildikdən az sonra Azərbaycana səfər etməsinin önəmini vurğulayıb. 

UEFA prezidenti Aleksander Çeferin Azərbaycana ilk dəfə səfər etdiyini, səfər proqramının zəngin olduğunu, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Qəbələ-Maynz oyununu izlədiyini və oyunun yaxşı keçdiyini deyib.

Azərbaycana səfər etməsindən məmnunluğunu vurğulayan A.Çeferin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının böyük işlər gördüyünü, bu işləri yaxından izlədiklərini qeyd edib. O, öz ölkəsində - Sloveniyada futbol sahəsində görülən işlərin tədricən nəticə verdiyini, bunun üçün gənclər və uşaqlarla işləməyin vacibliyini vurğulayıb. UEFA prezidenti təşkilatçılıq işlərindən məmnunluğunu bildirib, infrastrukturun mükəmməl və çox yüksək səviyyədə olduğunu deyib.

Dövlət başçısı dünən UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Qəbələ" - "Maynts" oyununa toxunaraq "Qəbələ" futbol klubunun gənc komanda olmasına baxmayaraq Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını böyük uğur kimi dəyərləndirib.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail