Zaur Svanadze: "Bu, hər hansı bir etiraz deyildi"

30.09.2016 | 3242 dəfə oxunub

“İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 7-ci turunun “Zirə”ylə (1:1) "ev" oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- İlk hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci 45 dəqiqədə isə rəqib gücünü artırdı. Bunun nətəcəsində də rəqib qol vura bildi. Bir xal qazandıq. Hələ heç nə itirməmişik. Qarşıdakı oyunlara hazırlığı davam etdirəcəyik.

- Düşünmürsünüz ki, xal itirməyinizin səbəbi ilk hissədə geriyə çəkilməyinizdi? Bundan başqa qol buraxandan sonra futbolçularınız yerə çökdü. Sanki çempionluq matçına çıxmışdınız...

- Haqlısınız. Futbolçular geri çəkilmişdi. Bunun səbəbi də rəqibin təzyiqi artırması idi. Oyunun son dəqiqəsində qol buraxmağımız yaxşı hal deyil. Bu, ilk dəqiqələrdə baş versəydi, problem olmazdı. Futbolda gözlənilməz nəticələr qeydə alınır.
 
- Rauf Əliyev, Nizami Hacıyev final fiti səslənəndə söyüş söydülər...

 - Sadəcə, son dəqiqə qoluna görə məyus olmuşdular. Bu, hər hansı bir etiraz deyildi.
 
- Qarşıda fasilə olacaq. Bundan necə istifadə edəcəksiniz?

- Bakıda hazırlığımızı davam etdirəcəyik. Yəqin ki, bir yoxlama matçı keçirəcəyik. Amma hələ ki, rəqib müəyyənləşməyib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail