"Qəbələ" üçün yubileylərlə dolu vacib oyun

03.10.2016 | 1654 dəfə oxunub

Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub. “Qəbələ” ötən mövsümdə olduğu kimi ilk dövrəni lider kimi başa vurub. VII turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar”ın liderliyi iki seriya ilə müşayiət olunur.
Ağdam klubu ilə görüşdə “Qəbələ” ardıcıl 5-ci qələbəsini qazanıb. Bu, klub tarixində 2-ci belə seriyadır. Komandamız yalnız 2014/15 mövsümünün ikinci yarısında daha çox – 8 qələbəni sıralamışdı. 5 oyunluq qələbə seriyası həm də cari mövsüm heç bir klubun bacarmadığı göstəricidir.
“Qəbələ” eyni zamanda quru seriya ilə diqqət çəkir. Mövsümün qol buraxmayan yeganə komandası olan “qırmızı-qaralar” Premyer Liqanın ilk 7 turunda qol buraxmamaqla Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. İndiyədək yalnız 2010/11 mövsümünün startında qol buraxmayan “Xəzər Lənkəran” bunu bacarmışdı.
Ümumilikdə isə ötən mövsümün XXXIV turunun “Qarabağ”la matçından (0:2) sonra qapısını toxunulmaz saxlayan “qırmızı-qaralar” 9 oyundur qol buraxmır. Bu, ölkə çempionatları tarixinin 5-ci nəticəsinin təkrarı, “Qəbələ”nin 2-ci göstəricisidir. Komandamız 2010/11 mövsümündə ardıcıl 10 matçda qol buraxmamışdı. Bu rekordu təkrarlamaq üçün “qırmızı-qaralar” növbəti turun “İnter”lə görüşündə qol buraxmamalıdır.
Qapıçımız Dmitri Bezotosnının quru seriyası artıq 868 dəqiqəyə çatıb. Ukraynalı qolkiperin bu göstəricisi Azərbaycan çempionatlarının 7-cisi, “Qəbələ”nin 2-cisidir. 2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur. Latviyalı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya “İnter”lə matçda 84 dəqiqə qapısını toxunulmaz saxlamaq lazımdır.
Qələbə və qol buraxmamaq seriyalarında rekorduna doğru irəliləməkdə olan “Qəbələ” bir ilkə də imza atıb. Ardıcıl 5 quruhesablı qələbə qazanan “qırmızı-qaralar” tarixində ilk dəfə bunu gerçəkləşdirib. Bunadək rekord 4 oyundan ibarət idi. Ötən mövsümün V-VIII turlarında komandamız 4 oyunda qol buraxmadan qalib gəlmişdi.
“Qarabağ”la görüş bir neçə yubileylə də əlamətdar olub:
- “Qəbələ” Premyer Liqada 130-cu qələbəsini qazanıb.
- “Qəbələ” Roman Qriqorçukun rəhbərliyi altında 90-cı oyununa çıxıb.
- Dmitri Bezotosnı Premyer Liqada 50-cı oyununu keçirib.
- Rəşad Sadiqov 70-ci, Asif Məmmədov 50-ci dəfə “qırmızı-qara” forma geyinib.
- Baqali Dabo “Qəbələ”də 10-cu qolunu vurub. O, ən azı 10 dəfə fərqlənən 15-ci oyunçu olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

20.11.2019

19.11.2019

23:05  Slovakiya - Azərbaycan -HEYƏTLƏR

18.11.2019

20:52  "İmarət" Ağdamda - FOTOLENT

15:50  "Qarabağ" - "Düdelanj" - biletlər satışda

17.11.2019

04:05  İsrail - Polşa - 1:2 VİDEO

03:47  Almaniya - Belarus - 4:0 VİDEO

02:10  Rusiya - Belçika - 1:4 VİDEO

16.11.2019

20:31  Azərbaycan - Uels -HEYƏTLƏR

09:22  Uels millisinin məşqindən FOTOLENT

02:56  İspaniya – Malta - 7:0 VİDEO

15.11.2019

02:07  Fransa - Moldova - 2:1 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə