Qrem Smit: "Britaniyada bir aya görülən iş, Azərbaycanda bir həftəyə görülür"

08.11.2011 | 5880 dəfə oxunub

"Qəbələ" klubunun qapıçısı Qrem Smit Britaniya mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, o, müsabhi zamanı komandası, eləcə də ölkəmiz haqqında təsüratlarını bölüşüb:

"Qəbələ" klubunun gələcək vəd edən uzun müddətli bir planı var və mən bunun nəticəsini görmək istəyirəm. Doğrudur, Şotlandiyadakı böyük oyunlar üçün darıxmışam. Ancaq "Qəbələ" klubu da Avropaya çıxmaq üçün çalışır.

Bu komanda ilə bir illik müqaviləm imzalamışdım. Əgər Toni Adams məni komandada saxlamaq istəyərsə, bu barədə məmnuniyyətlə danışıqlar apararam. Qəbələnin çox fərqli bir yer olduğunu əminliklə deyə bilərəm. Futbolçuların əksəriyyəti bir oteldə qalır. Klub rəsmilərinin də burada öz ofisləri var. Biz də burada qalırıq. Yeməyi də burada yeyirik və burada da yatırıq.

Ancaq burada bəzi vərdişlər var ki, onlara uyğunlaşa bilmirəm. Məsələn, fitə basılmaq kimi bir şey. Azərbaycanda fitə basılmağa çox rast gəlməzsən. Onlar kasıb insanların cəmiyyət içində fitə basıldığına inanırlar. Ancaq küçədə bir nəfəri fitə basa bilməzsən. Vaxtaşırı yerli əhali ilə söhbət edirəm. Burada çox fərqli mədəniyyət var. Oğlum da mənimlə qalır, ancaq mən evli deyiləm. Bu isə yerli əhali tərəfindən gülməli qarşılanır.

Bakı çox gözəl paytaxt şəhəridir, ancaq Qəbələdə bir dəyişiklik hiss edirəm. Buranın yaxşı nəqliyyat yolları var. Bununla belə, Qəbələdə maşın sürmək bir qədər çətindir. Çünki bu yollarda inək və digər heyvanlara da rast gəlmək olur.

Məşq etdiyin zaman qəfildən inəklər gözünə dəyir. Bu isə çox qəribədir. Edinburqda (Şotlandiyanın paytaxtı-red.) belə deyil. Bununla belə, bütün gördüklərimdən xüsusi zövq alıram".

Gənc qapıçı daha sonra Toni Adams və komandası haqda bunları deyib: "Hazırda "Qəbələ" klubu beynəlxalq aləmdə tanınmır. Lakin Adams bu komandanın inkişafı üçün əlindən gələni edir. Komandanın futbol akademiyası var və Adams 10 yaşlı futbolçularla şəxsən məşğul olur. Növbəti mövsümdə komandanın yeni stadionu istifadəyə veriləcək.

Hələlik isə "Qəbələ"nin oyunlara gələn azarkeşləri matçı canlı izləmək üçün heç bir pul ödəmirlər. Çünki rəhbərlik azarkeşləri stadionlara cəlb etmək niyyətindədir. Britaniyada bir aya görülən iş, Azərbaycanda bir həftəyə görülür. Burada yamaykalı Deon Barton və hollandiyalı Stif Olferslə gözəl münasibətərim var. Ancaq "Qəbələ"də bütün futbolçular "qəhrəman" statusu daşıyırlar.

Adamsın məni transfer etmək istədiyini eşidəndə qürur duydum. Mən də dərhal razılıq verdim və Qəbələyə getdim. Daha bir neçə il burada qalmaq istəyirəm. Futbol çox fərqli oyundur və biz də buna alışmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail