"Palmali"dən açıqlama: "Bu gün bu istiqamətdə heç bir iş getmir"

04.10.2016 | 3466 dəfə oxunub

Premyer Liqada yerini itirəndən sonra I Divizionda mübarizə aparmaqdan imtina edən "Xəzər Lənkəran"ın yenidən böyük futbola qayıtması son günlər mətbuatı zəbt edib. Yazılanlara görə, yerli şirkətlərdən biri klubun himayədarı olan "Palmali" ilə bu istiqamətdə danışıqlara başlayıb. Adı məlum olunmayan şirkət "Palmali"nin Lənkəranda fəaliyyət göstərən "Palsüd" zavodunu almaq istəyir. Əgər sövdələşmə baş tutarsa, XL yenidən fəaliyyətini bərpa eləyəcək.

Bu məlumatı dəqiqləşdirmək üçün "Xəzər Lənkəran"ın sabiq mətbuat katibi, hal-hazırda "Palmali" Şirkətlər Qrupunun Bakı ofisinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri olan Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. Hüseyn bəy açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

"Yayılan söz- söhbətlərdən xəbərimiz var, amma bunlar yanlış məlumatlardır. Heç bir şirkətlə danışıqlar aparılmır. Bizə bunun üçün müraciət edən də olmayıb".

"Xəzər Lənkəran"ın yenidən Prmeyer Lİqaya qayıda bilərmi? - sualına isə şirkət rəsmisi belə cavab verdi:

"Hələki bu barədə yenilik yoxdur. Ola bilər ki, aprel, may aylarıda rəhbərlik bu barədə hanısa tədbirlər görsün, amma bu gün bu istiqamətdə heç bir iş getmir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail