SOCAR "Neftçi"yə "kurator"unu dəyişib

05.10.2016 | 4525 dəfə oxunub

“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz çıxışlarından sonra sponsor SOCAR tərəfindən kluba nəzarət edən şəxs dəyişdirilib.

Stadium.Az xəbər verir ki, bir müddət əvvəl klubun kurasiyası SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovdan qurumun digər-vitse prezidenti Mikayıl İsmayılova keçib. Məhz bundan sonra "Neftçi"nin özündə kadr dəyişikliyi başlayıb. İlk iş kimi icraçı direktor Elnur Məmmədov, onun müavini Mübariz Xudiyev və baş məşqçi Vəli Qasımov istefaya göndərilib.

Başqa bir məlumata görə, bu dəyişiklikdən sonra AFFA-nın baş katibi Elxan Məmmədovun kluba nəzarəti daha da güclənib. Mənbənin xəbərinə görə, faktiki olaraq, bu gün “Neftçi”yə nəzarəti Mikayıl İsmayılovla Elxan Məmmədov həyata keçirir. Onların qarşısına klubun düşdüyü çətin vəziyyətdən çıxarmaq vəzifəsi qoyulub.



Mikayıl İsmayılov

Klubun idarəçiliyində bundan sonra da dəyişikliyin aparılacağı istisna deyil.

Bəs, bu dəyişikliyin Müşahidə Şurasının sədri  Çingiz Abdullayevə təsiri olacaqmı? Mənbə bildirib ki, Çingiz  Abdullayev Elşad Nəsirovun “Neftçi”yə nəzarət etdiyi dövrdə kluba rəhbər gətirilib. Amma yaxın vaxtlarda Ç.Abdullayev səviyyəsində dəyişikliyin olmayacağı bildirilir. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail