Baqali Dabo: "Fransaya qayitmaq planım yoxdu"
"Qəbələ" klubunun hücumçusu Baqali Dabo Fransa mətbuatına müsahibə verib.
Stadiuml.az xəbər verir ki, "Footmercato"ya danışan Dabo
açıqlamasında ölkəmizə gəlişindən danışıb. "Kretey"də işlərim pis getmirdi, amma klub aşağı diviziona düşəndə, orada qalmaq ehtiyacı duymadım. Fransa klublarından iki təklifim var idi. "Klermon" və "Orlean" məni heyətdə görmək istəyirdilər, amma yekunda "Qəbələ"ni üstün tutdum. Özümü ölkədən kənarda, Avropa Liqasında oyanayan klubda sınamaq istəyirdim. Bura gələrkən, qrup mərhələsinə yüksələcəyimizi düşünmürdüm, amma qələbələr qazandıqca, "niyə də yox?" dedik".
Təsnifat mərhələsində "Samtrediya" və MTK klublarına qarşı oyunlarda o qədər də çətinlik çəkmədik. Amma "Lille" ilə qarşılaşanda özümüzdə əlavə motivasiya hiss etdik. Hər iki matça çox hazırlaşmışdıq və mərhələni adladıq. "Maribor" səfəri isə ən həyəcanlı idi. Biz anlayırdıq ki, var gücümüzü qoyaraq hesabı qorumalıyıq".
Fransalı futbolçu Azərbaycandı həyatından da danışıb: "Biz oteldə yaşayırıq. Vaxtımızın böyük hissəsini birlikdə keçiririk. "Qəbələ"dəki infrastruktur çox yaxşıdır, Fransanın 1-ci və 2-ci liqasında klubların bazalarından geri qalmır. Ötən mövsüm Azərbaycanda "Qarabağ" çempion oldu. Bu mövsüm də onlar qızıl medallar uğrunda mübarizə aparırlar.
Baqali Dabo "Qəbələ"nin heyətində digər futbolçularla çox rahat ünsiyyət qurduğunu qeyd edib: "Br çox futbolçular öz aralarında ingiliscə danışır. Həmçinin rus və portuqal dilində danışanlar da var. Hər kəs bir-birini yaxşı başa düşür. Yerli və əcnəbi futbolçular arasında münasibət çox yaxşıdır".
Forvard Azərbaycan Premyer Liqasını Fransa çempionatı ilə də müqayisə edib: "Topaz Premyer Liqası Fransa 1-ci Liqasının orta komandaları və 2-ci Liqanın güclü komandalarının qarışığına bənzər bir çempionatındır. Bəzi komandalar fiziki cəhətdən güclü deyil, amma "Qarabağ"la son oyunumuzda biz xeyli enerji sərf etdik.
Sonda Dabo gələcək planları barədə məlumat verib: ""Qəbələ" ilə 2 illik müqavilə imzalamışam. Fransaya qayıtmaq planlarım yoxdu. Gələcəkdə Türkiyəyə və ya digər Avropa ölkəsinin klublarına keçə bilərəm. Sözsüz ki, təklif gələrsə".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |