Prosineçkidən etiraf: "700 min məsələsi doğru deyil"

14.10.2016 | 3604 dəfə oxunub

Bizim komanda daima inkişaf edir. Yaxşı oyun göstərirlər. Bu təsadüf deyil".

Stadium.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlamasında deyib.
Xorvatiyalı mütəxəssis Azərbaycanda yaxşı oyunçuların olduğunu bildirib: "Üstəlik yaxşı gənc oyunçular var və onları tapmaq lazımdır. Təxminən 2 ildir Azərbaycandayam. İşə çox ciddi başlamışıq".
Ailəsi ilə birgə Bakıda yaşadığını söyləyən Prosineçki bunları bildirib: "Mən Bakıda yaşayıram, uşaqlarım da Bakıda fəaliyyət göstərən Amerika məktəbinə gedir. Bakı qeyri-adi şəhərdir. Daima binalar tikilir və maraqlı yaşayış var".

O, Çexiya ilə oyundan sonra komandaya 700 min avro mükafat verilməsi ilə bağlı yayılan məlumatları da təkzib edib:

"Bu şişirdilmiş rəqəmdir. Qulağa xoş gəlir, ancaq etimadı doğrultmaq üçün işləməliyik. Əlimizdən gələnin ən yaxşını etmək üçün çalışırıq. 700 min məsələsi isə doğru deyil. Dünya çempionatının seçmə mərhələsində Almaniya birinci yerdədir. İkinci yer üçün mübarizə gedir. Bizim maraqlı nəticəmiz var. Gələn zənglərdən, mesajlardan görürəm ki, artıq eyforiyadayıq. Ancaq bu çox təhlükəlidir. Eyforiya həm fantastika, həm də katastrofa ola bilər. Növbəti oyunumuz Şimali İrlandiyaya qarşıdır. Məqsədimiz həmin oyunda da nəticə əldə etməkdir".

Baş məşqçi hücumçu Ruslan Qurbanovla bağlı fikirlərini də dilə gətirib: "Demək olar ki, o komandanın ən yaxşı oyunçularındandır. Əla formadadır. Premyer Liqada, Avropa Liqasında çıxış edir və qol vurur. Onun "Hayduk"da necə oynaya bilmədiyini başa düşmürəm". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail