"Gəncədəki oyunlarda atmosfer lap əla olur"

14.10.2016 | 3506 dəfə oxunub

“Kəpəz”in portuqaliyalı yarımmüdafiəçisi Serjio Kosta klubun saytına müsahibə verib

- Serjio, ilk dövrədə “Kəpəz”in çıxışı haqda nə deyə bilərsən?

- Çempionat maraqlı keçir, ilk dövrədə futbolda olan hər 3 nəticəyə imza atmışıq. Düşünürəm ki, 7 xal toplamaq pis nəticə deyil. Əlbəttə, xalımız daha çox olmalı idi. Komandamız daha artığını edə biləcək gücdədir. Məncə, ilk dövrədə ən pis nəticəmiz AZAL-la evdə heç-heçə oynamağımızdır. Onları məğlub edə bilsəydik, həm xal ehtiyatımız artardı, həm də turnir cədvəlində bir pillə irəlidə olardıq.

- Öz oyunun haqda nə deyə bilərsən?

- Ölkənizə gələndə yerli mühitə uyğunlaşmaq üçün xeyli vaxt tələb olundu. Əvvəl hadisələr mən istədiyim kimi getmirdi. Lakin vaxt irəlilədikcə tədricən hər şey yoluna düşməyə başladı. Fikrimcə, oyunumda müəyyən irəliləyişlər var. Bu, mənim Portuqaliyadan kənarda ilk təcrübəmdir, Azərbaycana gəldiyim üçün peşman deyiləm.

- Demək, “Kəpəz”də olmaqdan məmnunsan...

- Bəli, burda hər şey məni qane edir. Klubda yaxşı insanların əhatəsindəyəm. Həm futbolçu, həm də bir şəxs kimi təcrübə qazandım. Baş məşqçimiz Şahin Diniyev də mənə çox kömək edir. Bütün oyunçular bir-biri ilə mehribandırlar, bu da yaxşı haldır. 

- Azarkeşlər haqda nə deyə bilərsən?

- Fanatlarımızın çox olması biz futbolçuların ürəyincədir. Onlar həmişə bizi dəstəkləyirlər, həvəsləndirici mesajlar göndərirlər. Gəncədəki ev oyunlarımızda atmosfer lap əla olur. Stadionumuzda yaxşı futbol göstərmək üçün ideal mühit var.

- Komanda yoldaşlarından Dario Frederiko və Alveslə daha yaxın olduğun görünür. Bu nə ilə bağlıdır?

- Komandada hamının bir-biri ilə münasibəti yaxşıdır, futbolçular əla kollektivin bir hissəsidirlər. O ki, qaldı sizin sualınıza, biz üçümüz həmişə bir yerdəyik. Eyni dildə danışmağımız da bizə kömək edir. Onu da deyim ki, bir-birimizi illərdir ki, Portuqaliyadan tanıyırıq. Dario ilə vətənimdə bir yerdə oynamışıq. Renanla da münasibətim orada yaranmışdı. Amma böyük dostluğumuz Azərbaycanda qurulub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail