"Neftçi" Mahir Şükürov və 2 əcnəbi ilə müqavilə bağladı

14.10.2016 | 3428 dəfə oxunub

"Neftçi” PFK baxışda olan 3 futbolçu ilə müqavilə bağlayıb.  

Stadium.az xəbər verir ki, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandamızın formasını geyicənəklər.


Mahir Şükürov 1982-ci il dekabrın 12-də Sumqayıtda anadan olub. Bir sıra Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib.


Mahir Şükürov: "Neftçi”yə qayıtmağıma görə şadam. Bu klub futbola qayıtmağım üçün şərait yaratdı, mənim üzərimə düşən isə bu etimadı doğrultmaqdır. "Neftçi” hazlrda layiq olmadığı mövqedə qərarlaşıb. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik”.


Boban Baykoviç 1985-ci il martın 15-də Monteneqronun Çetinye şəhərində dünyaya gəlib. Yerli "Lovçen” klubunun yetirməsidir. O, həmçinin serbiyanın "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem Mitrovitsa” klublarının da şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika "Lyers”i olub.


Boban Baykoviç: "Yeni komandam üçün faydalı olmaq istəyirəm. Bilirəm ki, "Neftçi” Azərbaycanın ən titullu klubudur. Azarkeşlərin yaddaşında qalmaq üçün var-gücümlə çalışacağam”.


Jonas Pessalli 1990-cı il sentyabrın 24-da Braziliyanın Bentu Qonsalveş şəhərində doğulub. "Qremio”nun yetirməsi olan futbolçu Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edib.


Jonas Pessalli: "Azərbaycan futbolu inkişafdadır. Şadam ki, "Neftçi”də oynamaq imkanı qazanmışam. Yeni komandamda rəsmi debütümü səbirsizliklə gözləyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail