Şahin Diniyev: “Ayağımızı yorğanımıza görə uzatmaqlıyıq"

17.10.2016 | 3159 dəfə oxunub

“Birinci hissədə oyunumuz yaxşı alınmadı. Fasilədə futbolçulara lazımi tapşırıqları verdik. Rəqib artıq səhv etməyə məcbur idi. Yekunda lazım olan qolu vurduq. İkinci hissədə xeyli qol şansımız olsa da, onları boşa verdik. AZAL bu gün çox yaxşı mübarizə apardı. İnanana bilmirəm ki, bu komandanın cəmi 2 xalı var. AZAL-ın müdafiəsini yarmaq çox çətin idi”.

Stadium.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 8-ci turunda AZAL-la oyundan (1:0) sonra deyib.

Təcrübəli mütəxəssis heyətdəki itkilərdən də danışıb:

“Oyundan qabaq 3 itkimiz var idi. Şəhriyar Əliyev zədəlidir. Vüqar Bəybalayevin əlində çat var, gipsdədir. Nicat Qurbanov da xəsarət alıb. Dario Federiko yenə zədələndi. Yəqin ki, 2 həftə meydana çıxa bilməyəcək”.

Şahin Diniyev süni meydançalar barədə sualı belə cavablandırıb: 

“Ayağımızı yorğanımıza görə uzatmaqlıyıq. Bu gün elə imkan yoxdur ki, süni meydanlardan imtina edək. Amma razıyam ki, belə qazonda oynamaq çətindir. Uşaqların bu cür meydançada hazırlıq keçməsi cinayətdir. Keçən il bu stadionda 3 oyunçumuz zədələnmişdi. Bu il yenə Dario sıradan çıxdı. Futbol naminə bu meydançaları ləğv etmək lazımdır. Bizim meydançamız da ideal deyil. Roman Qriqorçukun süni meydandan şikayət etməsini anlayıram”.

Şahin Diniyev ikinci hissədə daha yaxşı çıxış etdiklərini bildirib:

“Birinci hissədə meydanda çox zəif oyun gedirdi. Lakin ikinci hissədə daha baxımlı qarşılaşma alındı. Komandam fasilədən sonra gözəl oynadı. Komandalardan heç biri uduzmaq istəmirdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail