Şahin Diniyev: "Hər şey yavaş-yavaş olacaq"

24.10.2016 | 3749 dəfə oxunub

"Yaxşı oyun izlədik. Azarkeşlər yüksək sürətli, qarşılıqlı hücumlar şəraitində keçən bir qarşılaşmaya şahid oldular. Komanda rəqibə təzyiq edirdi. Ancaq "İnter" etibarlı müdafiəsi ilə seçilən bir komandadır".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib. 

Azərbaycan Premyer Liqasının IX turunun açılış matçında "İnter"lə ev matçında qolsuz bərabərliyə qalan gəncəlilərin çalışdırıcısı yetirmələrinin oyunundan razı qalıb: "Komandamız mövsümdə ən yaxşı oyunlarından birini nümayiş etdirdi. Qələbəyə daha yaxın idik, ancaq "İnter"in də əziyyətini yerə vurmaq istəmirəm. Yüksək səviyyəli futbolçulardan təşkil olunmuş bir komandadır. Onun müdafiəsini yarmaq çətindir. Bugünkü matçda heyətlə bağlı problemlərimiz çox idi. Buna baxmayaraq, meydana çıxan hər bir futbolçumuz var gücüylə oynamağa çalışdı. Meydançada vuruşdular. Futbolçularına təşəkkür edirəm".
 
"İnter"in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini qələbəyə daha layiq olduqlarını bildiirb. Bəs görəsən, onun azərbaycanlı həmkarı bu haqda nə düşünür?: "Mən rəqibin baş məşqçisinin fikirlərini təhlil etmək istəmirəm. Bu, onun fikridir. Televiziyadan canlı yayımlanan qarşılaşma da onu göstərdi ki, bu gün "Kəpəz" "İnter"dən üstün oynadı. Mənə elə gəlir ki, hər iki komanda 1 xala layiq idi. Heç bir komanda xal itirmədi, əksinə, qazandı".
 
"Kəpəz" artıq 6 ildir rəqibinə qalib gələ bilmir. Təcrübəli mütəxəssis buna belə münasibət bildirib: "Hər şey yavaş-yavaş olacaq. Ötən mövsüm "İnter"ə qol vura bilmirdik. Bu il artıq ilk qarşılaşmada 2 dəfə rəqib qapısına yol tapdıq. Komandamızın qələbələri hələ qabaqdadır. Bu oyun bir daha onu göstərdi ki, "Kəpəz" öz oyun dəst-xəttinə görə heç bir liderdən geri qalmır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail