Elxan Abdullayev: "Məni "Neftçi"yə AFFA göndərib"

25.10.2016 | 4875 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bu gün Premyer Liqanın IX turunda "Qarabağ"a 2 cavabsız qolla məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Azərbaycanın ən güclü komandası ilə qarşılaşdıq. “Qarabağ”la açıq futbol oynamaq hər bir komanda üçün çox təhlükəlidi. Heç PAOK kimi komanda "Qarabağ"la açıq futbol oynaya bilmir. Biz düşündük ki, müdafiədə səhv etməyək və qismət olarsa qol vuraq. Hər şeyi nəzərə almaq lazımdır, oyunu gücümüzə görə düşünməliyik.

Bu gün seçdiyimiz taktika özünü doğrultdu. Sadəcə, uzaq məsafədən bizə qol vura bildilər. Məsən bizdən Rəhman da uzaqdan zərbə vurdu və qol ola bilərdi, amma olmadı.  Komandamın oyunundan razı qaldım. Futbolçulardan istək və mübarizə tələb edirdim, onu gördüm. Oyunçularıma iradım yoxdu. Amma nəticədən razı qalmadım. Dəyişikləri oyunun geişinə görə edirəm. 87-ci dəqiqədə dəyişiklik etdik, çünki hesab 1:0 idi və qol vurub xal qazana bilərdik. Şansımız hələ var idi. 

- Katalin Tira qol vurmaq əvəzinə, azarkeşi vurdu...

- O, komandadan çıxarılacaq. Mən olduğum müddətdə, Tira “Neftçi”də olmayacaq. Xoşagəlməz hadisədi. Meydana azarkeş çıxıbsa, onu kənarlaşdırmaq polisin, mühafizə xidmətinin işidi. Tiranı çox ciddi cəza gözləyir. UEFA, FİFA-ya məktub yazmaq lazımdı. “Neftçi” bu məsələni belə qoymayacaq.
 
- “Qarabağ”a qarşı bu qədər futbolçu ilə müdafiə olunmaq...

- “Qarabağ”la açıq futbol oynasaydıq, 6 qol buraxardıq. PAOK da onlarla açıq futbol oynamadı. Mən də qalib gəlmək istəyirəm. Amma məsələyə real yanaşmaq lazımdı.
 
- “Neftçi”nin rəzil duruma düşməsinin səbəbkarı kimdi?

- Mənə futbola aid sual verin. Siz məni məcbur edirsiz ki, nəsə deyim. Mən bu klubun baş məşqçisiyəm, işim meydandadı.
 
- Azarkeşlər sizi istefaya səslədi. Bunu haqlı sayırsız?

- Mən söz verməmişəm ki, gələn kimi “Neftçi”ni “Barselona”ya çevirəcəm. Dəyişikliklər var. Oyunçuları “İnter”lə oyunda qıcolma tuturdu. Mən istəyərəm ki, 5 müdafiə ilə oynayım? Sadəcə, “Qarabağ”a qarşı bu cür oynamağa məcbur idim. Vaxt lazımdı. Bizi istefaya səsləmələrinin səbəbini bilmirəm. Rəhbərlikdən mənim işimə heç kim qarışmır, təzyiq yoxdu, mane olmurlar.
 
- “Neftçi”nin bu mövsüm üçün hədəfi nədi?

- Hədəf odu ki, imkan dərəcəsində maksimum xal yığaq. Böyük xal fərqi olmamalıdı. Yeni ildən sonra tam başqa komanda olacaq. İnanıram ki, onda itirilən xalları artıqlaması ilə bərpa edəcəyik.

- Komandada neçə futbolçu saxlayacaqsız qış transfer dönəmində?

- Mən bütün futbolçulara şans verirəm. Məqsədim komandadan çox futbolçu göndərmək yox, heyətə güclü futbolçular cəlb etməkdir.

- “Neftçi”ni qəbul etdiyiniz vaxtla indiki arasında fərq var?
- Əlbəttə! “İnter”lə oyunda futbolçuları qıcolma tuturdu. Bu gün 90 dəqiqə mübarizə apardılar. Mən sehrbaz deyiləm. Gələn gündən demişəm ki, səbr eləyin. Heç olmasa, qışa qədər gözləmək lazımdı.

- Dünya praktikasında milli və klubda eyni vaxtda uğurla işləyən mütəxəssis demək olar ki, yoxdur. Siz niyə bu yolla gedirsiz?

- Valeri Lobanovski nümunəsi. Elə Aleksandr Starkov da müsbət nəticələrlə yadda qalıb. İndi “Neftçi” quyudadı. Bu quyudan çıxmaq lazımdı. “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 6-cı ilində çempion oldu. Zamana ehtiyac var. Uşaq da anadan olanda ət yemir, süd içir. 

- Bəs siz bilmirsiz ki, Lobonovski və Starkov eyni heyəti həm millidə, həm də komandada oynadırdı? Axı sizdə elə deyil? Sizin neçə futbolçunuz millidə oynayır və siz baş məşqçidə deyilsiz millidə...

- Mən düzgün iş gördüyümü fikirləşirəm. Məni bura AFFA göndərib. Göndəriblər ki, gəlim və burada komandaya xeyir verim, vəziyyəti düzəldim. Mən fəhlə adamam, harda desələr, orda da fəhləlik edəcəm.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail