Jayro: "İçəridə də izah etdim ki, yanlış hərəkət idi" - MÜSAHİBƏ

26.10.2016 | 4232 dəfə oxunub

“Neftçi”nin müdafiəçisi Jayro “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Məğlubiyyətin səbəbini nədə görürsünüz?

- “Qarabağ”ın səviyyəsi hər kəsə bəllidir. Bu gün bütün komponentlərdə bizdən güclüydülər. Əlimizdən gələni etdik ki, onlara qarşı layiqli mübarizə aparaq. Meydanı xalla tərk etməyə çalışdıq, amma alınmadı. Azarkeşlərimizdən üzr istəyirəm. Onlar haqlıdır. Bizdən yaxşı nəticə tələb edirlər. Nəticə verə bilmirik deyə, onlara haqq qazandırıram. Öz adıma deyirəm ki, bütün gücümü meydanda qoydum.  

- Bu oyunun anti-qəhrəmanı oldunuz...
- Bu sizin şəxsi fikrinizdir. Hörmətlə yanaşıram. Hərənin fikri özünə qalsın.

- “Qarabağ”la ilk dövrədəki oyunda da öz qapınıza qol vurmuşdunuz...
- Bu suala nə cavab verim? Mən istərdim ki, öz qapımıza qol vuram?

- Komandada baş məşqçi dəyişikliyi olub, heyətdə dəyişikliklər edilib. Lakin vəziyyət yaxşıya doğru dəyişməkdənsə, əksinə olur. Səbəb nədir?
- Hər məğlubiyyətdən sonra üzərimizdə daha çox işləyirik, daha çox çalışırıq. Hər şey edirik ki, nəticə olsun. Klubun idarəçiliyində və məşqçi heyətində dəyişikliklər edilib ki, vəziyyət yaxşılığa doğru dəyişsin. İnanın ki, əlimizdən gələni edirik. Başa sala bilmirəm ki, nə baş verir. Niyə nəticə qazana bilmədiyimizi anlamaqda çətinlik çəkirəm.

- “Kəpəz”ə qalib gəldiyiniz oyundan sonra söyləmişdiniz ki,  “qara zolaq”dan çıxmaq üçün biz bu qələbəni gözləyirdik. Lakin yenə də uduzursunuz...
- Düzdür, elə demişəm. Amma yenə vurğulayıram ki, meydana məğlub olmaq üçün çıxan futbolçu yoxdur. Sadəcə, uğursuz nəticələrin səbəbini bilmirəm. 

- Azarkeşlər son oyunlara komandanı dəstəkləməyə yox, istefaya səsləməyə gəlirlər. Xüsusən də legionerlərin getməsini tələb edirlər. Nə vaxta qədər belə davam edəcək?
- Əlbəttə, azarkeşlər haqlıdır. Onlar yaxşı nəticə qazanan “Neftçi”yə öyrəşiblər. İndi isə komanda nəticə qazana bilmir. Amma deyim ki, hər məğlubiyyətdən sonra çox üzülürəm. Evə gedib yata bilməyəcəm. Heç kim deyə bilməz ki, Jayro həvəssiz oynayır.

- Katalin Tiranın azarkeşi vurmasına münasibətiniz necədir?
- Düz etmədi. İçəridə də izah etdim ki, yanlış hərəkət idi. Lakin azarkeşə də heç kim haqq vermir ki, meydana düşüb futbolçuya hücum çəksin. Onsuz da vəziyyət gərgindir. Məğlub oluruq, gərginlik yaranır. İstər-istəməz “partladı” onun üstünə.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail