AZAL üçün 100-cü heç-heçə

26.10.2016 | 4069 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IX turunun “Zirə” ilə ev oyunu AZAL üçün iki fərqli yubileylə əlamətdar olub.

Stadium.Az xəbər verir ki, bunlardan biri müsbət, digəri mənfi xarakter daşıyıb. Matçda hesabı açan Sezar Meza Kolli AZAL-ın qapısına vurulan 350-ci qolun müəllifi olub. Premyer Liqada ilk oyununu 2005-ci ildə keçirən paytaxt təmsilçisi 350 qolu 343 matçda buraxıb. “Təyyarəçilər” orta hesabla hər qarşılaşmada qapısında 1,02 top görüb. Bu 350 qola 22 komanda imza atıb. AZAL-ı daha çox “Neftçi” (50), “Qarabağ” (47) və “Xəzər Lənkəran” (39) məyus edib.

Bərabərlik qolunu vurub, görüşü 1:1 hesablı heç-heçə ilə başa vuran AZAL 100-cü “sülh”ünü rəsmiləşdirib. Bakılılar keçirdiyi 343 matçda 126 qələbə qazanıb, 117 məğlubiyyət alıb, buraxdığı 350 qola 370-i ilə cavab verib. 100 heç-heçədən 45-i ev, 55-i səfərdə qeydə alınıb. AZAL 100 heç-heçəni 21 rəqiblə matçda gerçəkləşdirib. Ən çox  “İnter” (13) və “Simurq”la (10) matçda belə nəticə qeydə alınıb. Azərbaycan çempionatlarında ən çox heç-heçə edən komandalar arasında 8-ci olan AZAL “Qarabağ” (164), “Neftçi” (157), “Bakı” (123), “İnter” (121), “Turan” (112), “Kəpəz” (108) və “Xəzər Lənkəran”dan (103) geri qalır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail