Axundovla Silva ortaq oldu

26.10.2016 | 3078 dəfə oxunub

Azərbaycan Premyer Liqasının IX turunun “Kəpəz”lə “İnter” arasındakı qarşılaşması iki yubileylə əlamətdar olub. 0:0 hesabı ilə başa çatan matçda hər komandanın bir üzvü Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Goal.az xəbər verir ki, meydan sahiblərinin heyətində yubilyar komandanın kapitanı Tural Axundov olub. 2008/09 mövsümündə debüt etdiyi Premyer Liqada 9 qol vuran müdafiəçi “200”ə 5 klubda oynamaqla çatıb. İlk oyununu MOİK-də keçirən Axundov “Muğan”, “Rəvan”, “Simurq”dan sonra “Kəpəz”də çıxış edir. 9 mövsümdə mükafat qazana bilməyən Axundovdan fərqli 200-cü matçını keçirən digər futbolçu - “İnter”in braziliyalı müdafiəçisi Denis Silva daim iddialı klublarda oynayıb. İndiki komandasınadək “Xəzər Lənkəran” və “Neftçi”də oynamış cənubi amedikalı 3 dəfə çempionluq yaşayıb. O, 5 dəfə finalında oynadığı ölkə kubokunu da 3 dəfə başı üzərinə qaldırıb. 2007/08 mövsümündə debüt etdiyi çempionatdakı 200 matçda Silvanın 11 qolu var.

Qeyd edək ki, bunadək 113 futbolçu ölkə çempionatında 200 oyun səddini fəth edib. Tural və Denis bu rəqəmi 115-ə çatdırıb. Sonuncu bunu bacaran 6-cı legioner və ilk cənubi amerikalı kimi tarixə düşüb.

 

Tural Axundov Premyer Liqada

2008/09

MOİK (Bakı)

2

0

2009/10

Muğan (Salyan)

11

2

2010/11

Muğan (Salyan)

27

1

2011/12

Rəvan (Bakı)

31

0

2012/13

Rəvan (Bakı)

23

 

2013/14

Simurq (Zaqatala)

32

0

2014/15

Simurq (Zaqatala)

30

0

2015/16

Kəpəz (Gəncə)

35

5

2016/17

Kəpəz (Gəncə)

9

1

 

Cəmi

200

9

 

Denis Silva Premyer Liqada

2007/08

Xəzər Lənkəran

11

 

2008/09

Xəzər Lənkəran

15

3

2009/10

Xəzər Lənkəran

16

0

2010/11

Neftçi (Bakı)

29

1

2011/12

Neftçi (Bakı)

30

1

2012/13

Neftçi (Bakı)

14

1

2013/14

Neftçi (Bakı)

25

1

2014/15

Neftçi (Bakı)

18

2

2015/16

İnter (Bakı)

35

1

2016/17

İnter (Bakı)

7

1

 

Cəmi

200

11

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail