İki prezident cəzalandı, hakimi də cəza gözləyir

10.11.2011 | 5674 dəfə oxunub

AFFA İntizam Komitəsinin bugünkü iclasında I Divizionun ötən turunda baş vermiş hadisələr də müzakirə edilib və müvafiq qərarlar verilib.

Stadium.az xəbər verir ki, “Neftçala” – “Şuşa” matçında “Şuşa” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Bakılı” – “Şahdağ” matçının 16-cı dəqiqəsində “Şahdağ” klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edildikdən sonra “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibabayev meydançaya daxil olaraq hakimlər briqadasını təhqir edib. Fasilə zamanı “Bakılı” klubunun prezidenti Misir Əbilov dəhlizdə “Şahdağ” klubunun futbolçularını təhqir etməyə başlayıb və bu hadisə hər iki klubun futbolçularının bir-birinə qarşı aqressiv hərəkətləri və nalayiq ifadələri ilə nəticələnib. Matçın baş hakimi isə öz səlahiyyətlərini aşaraq matçın II hissəsini keçirməkdən boyun qaçırıb.

Yuxarıda göstərilənlər nəzərə alınaraq aşağıdakı qərar qəbul olunub:
1. “Şahdağ” klubunun baş məşqçisi Kamran Əlibalayev 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
2. “Bakılı” klubunun prezidenti Misir Əbilov 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
3. I divizionunun IX turunun “Bakılı” – “Şahdağ” matçı PFL-in təyin etdiyi vaxtda yenidən oynanılmalıdır.
Hakimlər Komitəsi oyunun hakimlər briqadası haqqında ciddi ölçü götürərək İntizam Komitəsinə yazılı məlumat verməlidir.
Hakim-İnspektorlar Komitəsi oyunun hakim-inspektoru haqqında ciddi ölçü götürüb İntizam Komitəsinə yazılı məlumat verməlidir.

“Energetik” – “Lokomotiv” matçının 75-ci dəqiqəsində “Lokomotiv” klubunun baş məşqçisi İbrahim Uzunca texniki zonadan kənarlaşdırıldığı üçün məşqçi 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Muğan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 68-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Novruz Ələkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail