"Qarabağ"ın istirahəti bitdi

10.11.2011 | 5634 dəfə oxunub

"Qarabağ" artıq məşqlərə başlayıb. Stadium.az xəbər verir ki, “Sumqayıt Şəhər”lə oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov milli oyunlar səbəbindən yaranmış fasiləylə əlaqədar olaraq futbolçulara 3 günlük icazə vermişdi.

Dünən bir araya gələn futbolçular günün yeganə məşqinə çıxıb. Sabah baş tutacaq Albaniya  - Azərbaycan oyununa  ümumilikdə 6 futbolçu göndərən komanda (Admir Teli, Ansi Aqolli - Albaniya, Rəşad Sadiqov, Əfran İsmayılov, Rauf Əliyev, Vüqar Nadirov – Azərbaycan ) eyni zamanda zədə səbəbindən millinin düşərgəsinə yollanmayan Rəşad Sadıqovsuz çalışır. Yaranmış fasilədən yararlanaraq vətənlərinə yollanan digər legionerlər isə dünən Bakıya qayıdıblar və bu gündən məşqə çıxırlar.

Xatırladaq ki, “Qarabağ” günün yeganə məşqini Suraxanı qəsəbə stadionunda keçəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail