"Foqts öncə AFFA rəhbərliyi, sonra başqa ölkələrlə danışacaq"

10.11.2011 | 7360 dəfə oxunub

Albaniya ilə yoldaşlıq görüşü keçirmək üçün Tiranaya gələn Azərbaycan yığması bu gün “Qemal Shafa” stadionunda açıq məşqə çıxıb. Stadium.az xəbər verir ki, məşqdən sonra millimizin baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçiriləcəyi nəzərdə tutulsa da, almaniyalı çalışdırıcı bundan imtina edib. Əvəzində isə jurnalistlərə görüşə köməkçisi Olaf Yanseni göndərdib.

Əsas fikrimizi məşqə cəlb etməliyik. Ona görə də, Berti Foqts sizinlə görüşə gələ bilmədi. Çünki dünənki məşqin biri baş tutmayıb. Bu səbəbdən də cənab Foqts üzrxahlığını çatdırıb.

- Bəs Albaniya ilə oyunun hazırlığı necə keçir?

- Çox şadıq ki, yoldaşlıq görüşü üçün rəqib tapdıq. Albaniya millisi güclü rəqibdir, futbolçularının əksəriyyəti legioner həyatı yaşayırlar. Sabah bizi çətin oyun gözləyir. Albanlar ev oyunlarında güclü rəqib sayılır. Bu komanda seçmə mərhələdə bunu sübut edib. Heç kimə sirr deyil ki, Albaniya millisinin futbolçuları Avropanın müxtəlif çempionatlarında oynayırlar. Almaniya və İtaliyada legionerləri var. Hücum xəttində yaxşı futbolçulara malikdirlər. Nəinki ön xətdə, rəqibin heyətində digər mövqelərdə də səviyyəli oyunçular yer alıb. Bizim sabah əsas işimizdən biri də o olacaq ki, rəqibin hücumlarının qarşısını alaq, onların qol vurmasına imkan verməyək.

- Rəqibin hücum xəttinin güclü olduğunu söylədiniz. Bəs sabah millimiz albanlara qarşı müdafiə, yoxsa hücum futbolu oynayacaq?

- Biz rəqibin güclü olmasını nəzərə almalıyıq. İlk növbədə rəqibin hücum qurmasına imkan verməməliyik. Kim deyir ki, biz 90 dəqiqə müdafiədə oynayacağıq? Yox. Komandamız topu ələ keçirən kimi dərhal hücuma atılıb, qol vurmağa çalışacaq. Sözsüz ki, Albaniya yığmasının da müdafiə xəttində boşluqlar var, bundan yararlanmaq lazımdır.

- Albaniya ilə qarşılaşmada nəticə bizim üçün nə qədər vacibdir?

- Tiranaya elə-belə gəlməmişik. Sözsüz ki, nəticə bizə vacibdir. Düzdü, burda əsas məqsəd futbolçuların vəziyyəti ilə tanış olmaqdır. Amma yoldaşlıq görüşü olsa belə, biz nəticə qazanmaq istəyirik. Nəzərə alaq ki, bu, millimizin cari ildə sonuncu oyunudur.

- Kamran Ağayev zədə səbəbindən toplanışı yarımçıq tərk etdi. Amma onun şərəfini qoruduğu “Xəzər Lənkəran” klubunun həkimi bildirib ki, Ağayevin ciddi zədəsi yoxdur... Siz qapıçının durumu ilə maraqlandınızmı?

- Komandamızın həkimi bununla maraqlanıb. Kamran millidə yüngül məşqlə - qaçmaqla kifayətləndi. Sonra ayağında problemi olduğunu dedi. Təbii ki, sağlıq durumu imkan versəydi, indi burda olardı.

- Bəs Ağayevin yoxluğunda ehtiyat qapıçılar - Aqil Məmmədov və Andrey Popoviç sabahkı oyuna nə dərəcə hazırdırlar?

- Heyət axşam müəyyənləşəcək. İndidən kiminsə start heyətində meydana çıxacağını söyləmək olmaz. Məşqçilər korpusunun axşam iclası olacaq. Qapıçılarla işləyən məşqçi Uli Ştayn bu barədə məlumat verəcək.

- Ötən mövsüm Premyer Liqanın ən yaxşı futbolçusu seçilən Flavinyo Azərbaycan pasportu almaq üçün AFFA rəhbərliyinə müraciət edib. Əgər onun istəyi reallaşsa, millimizin məşqçilər korpusu braziliyalı yarımmüdafiəçidən yararlana bilərmi? 

- Sözsüz ki, milli komandanın qapıları ölkə çempionatında daim oynayan, özünü ən yaxşı tərəfdən göstərən futbolçular üçün həmişə açıqdır. Eləcə də, Azərbaycan pasportuna mailk oyunçulara. Yaxşı formada olsa, Flavinyonu da yığmaya cəlb edəcəyik.

- Siz Berti Foqsun köməkçisi olmaqla yanaşı, həm də ona ən yaxın insanlardan birisiz. Həmyerliniz millimizdə qalmaq şansını necə görür? 

- (gülür) İndi sizə elə cavab deyəcəyəm ki...Səmimi sözümdür, hal-hazırda bizim əsas fikrimiz Albaniya və “Berlin Union”la görüşlərə yönəlib. Yaxşı oyun göstərib, yaxşı nəticə qazanmaq fikrindəyik. Müqaviləyə gəlincə, il sona çatırsa, müqavilə də başa çatmalıdır. Biz qarşıdakı 2 oyundan sonra AFFA rəhbərliyinə hesabat verəcəyik. Fürsətdən istifadə edib, AFFA prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədova minnətdarlığımızı çatdırırıq. Onlar çox səmimi insanlardır, onlara böyük hörmətimiz var.

- Maraqlıdır ki, hər dəfə millimizlə müqaviləsinin müddəti başa çatan ərəfədə Berti Foqtsun başqa ölkələrdən təklif aldığı barədə Almaniya mətbuatında xəbərlər yayılır...

- Bu, onu göstərir ki, Berti Foqtsa başqa ölkələrdən də maraq var. Sözsüz ki, müqavilə qurtarana yaxın mətbuatda müxtəlif xəbərlər yazılır. Bunların bəziləri düz, bəziləri şayiədir. Amma onu deyə bilərəm ki, Foqtsun AFFA rəhbərliyinə qarşı çox gözəl münasibəti var. Foqts düzgün insandır, ilk növbədə AFFA rəhbərliyi ilə, sonra isə başqa federasiyalarla danışacaq.

Apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail