Roman Qriqorçuk: " ... ustalıq çatmır"

29.10.2016 | 3388 dəfə oxunub

Azərbaycan Premyer Liqanın 10-cu turunda  “Neftçi”yə qalib gələn (4:1) "Qəbələ"nin baş məşqçisi  Roman Qriqorçuk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Asan qələbə qazanacağınızı gözləyirdiz?

- Bunu təsdiqləmirəm. Heç də asan oyun olmadı. Sadəcə, oyunun başlanğıcında fəallığımız belə düşünməyə əsas verir. Fasilədə futbolçularımla söhbət etdim. Nəticədə də böyükhesbalı qələbə bizə 3 xal qazandıq.

- Uzun müddət qol buraxmayan "Qəbələ" artıq son oyunlarda qapısında qol görür. Bununla bağlı nə deyə bilərsiz?

- Əlbəttə qol buraxmamaq xoşdu. Uzun müddət qapını toxunulmaz saxlamaq da çətindi. Düzünü desəm, müdafiədə boşluqlar var. Bu  məsələ üzərində çalışmalıyıq.

- Cavid Hüseynov həqiqətən də oynamağa hazır idi, yoxsa ona dəstək üçün şans verdiniz?

- Təbii ki, hazır olmasaydı, meydana daxil olmayacaqdı. Ona hazır olduğu qədər şans veririk. Cavidin çalışqanlığı, əzmkarlığı onun ən qısa zaman ərzində formasını bərpa etməsinə kömək edəcək. O, həqiqətən də istedadlı futbolçudu.

- Nika Kvekveskiri və Teo Uiks "Sent Etyen"ə qarşı oynaya biləcək?

- Onlar çalışırlar. Ancaq indi dəqiq söz deyə bilmərəm. Qarşıdakı 3 gün ərzində bəlli olacaq.

- Rəşad Sadiqovla Sergey Zenyov zədədən qayıtdıqdan sonra daha yaxşı oyun sərgilədi...

- Onların hazır olduqlarını məşq zamanı görürük. Futbolçu hazır olmayanda, risk etmirik. Onların çıxışı təbii ki, məni sevindirir.
 
- Son iki oyunda ilk hissədə çoxsaylı qol imkanları yaratsaz da, bunlardan istifadə edə bilmirsiz. Səbəb nə idi? 

- Təbii ki, bütün yaradılan qol imkanlarından fərqlənə bilmərik. Fikrimcə, ustalıq çatmır. Ustalıq səviyyəmizi artırmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail