Şahin Diniyev: "Avrokubok yolunda heç kimə məğlub olmamağa çalışacağıq"

30.10.2016 | 4446 dəfə oxunub

"Kəpəz”in baş məşqçisi Şahin Diniyev bu gün Premyer Liqanın 10-cu turunda “Zirə”yə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- İkinci hissədə komandam təzyiqə dözmədi. Ən pis oyunlarımızdan biri idi. Bu oyunu unutmalı və növbəti oyunlar haqda düşünməliyik. Çalışacağıq "Sumqayıt”la oyunda geridönüş edək. Bu gün komanda heç cür yaxşı oynamadı. Amma həyat davam edir. Futbolçuları günahlandırmaq istəmirəm.

- "Zirə” bu gün hansı cəhətdən "Kəpəz”i məğlub etdi?

- Məncə, motivasiya cəhətdən "Zirə” bizdən üstün idi.
 
- Artıq avrokubok uğrunda mübarizədən qopduğunuzu düşünmək olar?

- Yox. Bizim şansımız var. 3 xallıq sistemdə irəliləmək asan olur. Avrokubok yolunda heç kimə məğlub olmamağa çalışacağıq.
 
- Darionun yoxluğunda "Kəpəz” yaxşı oyun sərgiləmir. Ancaq ötən il də Dario yox idi, "Kəpəz” yaxşı oynayırdı. Demək olarmı ki, hazırda komandada Frederikonu əvəzləyə biləcək futbolçu yoxdur?

- İnter”lə oyunda yaxşı oynamışdı. "Kəpəz” Dario demək deyil. Biz ötən il Dariosuz avrokubok zonasına qədər irəliləyə bilmişdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail