Murad Səttarlı: "Qarabağ" mənə yad komanda deyil"

11.11.2011 | 7318 dəfə oxunub

Unibank Premyer Liqasının son turunda səfərdə “Qarabağ”la qarşılaşmada “Sumqayıt Şəhər”in ikinci qoluna imza atan Murad Səttarlı klubun rəsmi saytına müsahibə verib.

Stadium.az həmin müsahibəni təqdim edir:

- “Sumqayıt Şəhər” Premyer Liqanın son turu çərçivəsində “Qarabağ”la oyunda qələbə qazandı. Bu qarşılaşma barədə nə deyə bilərsən?
- Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində “Lokomotiv”lə görüşdə qazanılan qələbə komandada özünəinamı artırmışdı. AZAL-ı doğma arenada məğlub etdikdən sonra vəziyyət bizim üçün çox dəyişdi. Ağdama yüksək əhval-ruhiyyə ilə yollandıq. Oyunun bizim üçün çətin keçəcəyini bilirdik. “Qarabağ” Azərbaycan çempionatının ən güclü klublarından biridir. Rəqibin heyətində Rəşad Sadıqov və Maksim Medvedevin zədəli olması bizə əlavə stimul vermişdi. “Qarabağ”la qarşılaşmaya olduqca yaxşı başladıq. Bunun məntiqi nəticəsi kimi fasiləyə bir top üstünlüklə yollandıq. İkinci hissədə isə baş məşqçinin göstərişi ilə əks-hücum taktikasını seçdik. Oyunumuz alındı və ikinci qolu vurduqdan sonra rəqibə oynamağa imkan vermədik. Hakimin əlavə etdiyi artırma dəqiqələrində qapımızdan qol buraxsaq da, qələbə qazanmağı bacardıq.

- “Qarabağ”ın futbolçusu olsan da, mövsümün əvvəlində icarə əsasında “Sumqayıt Şəhər”ə keçdin. Sabiq klubuna qol vuran zaman hansı hissləri keçirdin?
- Qarşılaşmadan əvvəl Bernhard Raab məni sonradan meydana buraxacağını demişdi. Mən özümü bu oyuna tam şəkildə kökləmişdim. Meydana daxil olduqdan sonra bir imkan düşdü ki, bundan da istifadə etməyi bacardım. Bu mənim Azərbaycan Premyer Liqasında ilk qolum idi. Bu anı heç biz zaman unutmayacağam. Biz peşəkarıq, bu səbəbdən hər il başqa-başqa klubların formalarını geyinə bilərik. Qeyri adi hiss yaşamadım. Lakin “Qarabağ”da mənə yad komanda deyil. Mənim bu səviyyəyə çatmağımda Ağdam klubunun da əməyi var.

- Qarşılaşmadan əvvəl qələbəyə inanırdınızmı?
- Qələbəyə inanmayan komanda futbol oynamamalıdır. Bütün komanda ilə buna inandıq və üç xalı qazandıq.

- “Sumqayıt Şəhər”i qarşıda “Simurq”la çətin səfər oyunu gözləyir. Komanda Zaqatalaya hansı nəticə üçün yollanacaq?
- Premyer Liqanın birinci dövrəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Simurq”a minimal hesabla məğlub olmuşduq. Mənim üçün mövsümün ən pis oyunu məhz Zaqatala təmsilçisi ilə qarşılaşma idi. Bütün komanda olaraq sadəcə bu görüşü düşünürük. Bu dəfə rəqiblə qarşılaşmaya yüksək əhval-ruhiyyə ilə yollanacağıq. İnşallah “Simurq”u səfərdə məğlubiyyətə uğradıb sonuncu pillədən qurtularıq.

- Gələcək karyeranla bağlı nə fikirləşirsən?
- Daha bir-iki il Azərbaycanda çıxış etməyi düşünürəm. Özümü yaxşı tərəfdən göstərib legioner həyatı yaşamaq istərdim. Ən böyük arzum İspaniya Primerosunda top qovmaqdır. Bildiyiniz kimi, 21 yaşadək futbolçulardan ibarət millinin heyətinə çağırılırdım. Yenidən özümü sübut edib U-21-ə dəvət almağı çox istəyirəm.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail