Ramin Musayev: "Dediklərinə görə peşman olub ki, mənə zəng vurub""

07.11.2016 | 3498 dəfə oxunub

"Futbolçular oyundan sonra əsəbi, həyəcanlı olurlar, çox söz deyirlər. Bu, düzdür. Belə fikirlər daha çox isti başla deyilir. Ancaq bunlara inanmaq lazım deyil".
 
Stadium.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi"yə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra "İnter"in kapitanı Nizami Hacıyev kəskin ittihamları ilə diqqət mərkəzinə düşüb. Təcrübəli futbolçunun sözlərinə görə, komandasını hakimlər bilərəkdən sıxırlar, üzləşdikləri səhv qərarlar qərəzliliyin nəticəsidir.
 
Ancaq Musayev bu haqda tam fərqli fikirdədir: "Heç kəsin kiməsə qəsd-qərəzi ola bilməz. Özünüz də görürsünüz ki, son illər hansı klub haralaradək irəliləyib. Onlar avrokuboklarda öz oyunları ilə təsdiq edirlər ki, doğrudan da həmin yerə layiqdirlər. Bunun özü ondan xəbər verir ki, heç bir komandaya qarşı səhv bilərəkdən ola bilməz". 
 
PFL prezidenti Hacıyevin matçdan sonra onunla telefon əlaqəsi yaratdığını da diqqətə çatdırıb: "Nizami oyundan sonra mənə zəng etmişdi. Bu, öz təşəbbüsü ilə idi. Dedi ki, Ramin müəllim, ola bilsin, çılğın olmuşam. Olur da belə şeylər. Təbii haldır. Heç bir idmançı uduzmaq iztəməz. Mən bunu da başa düşürəm. Yəqin, dediklərinə görə peşman olub ki, mənə zəng vurub".  
 
Xatırladaq ki, "Neftçi" - "İnter" matçında baş hakim Rəvan Həmzəzadə səhv penalti qərarı ilə yadda qalıb. Top qonaqların gürcüstanlı müdafiəçisi Zurab Xizanişvilinin əlinə cərimə meydanından kənarda dəysə də, gənc referi 11 metrlik cərimə zərbəsi təyin edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail