Kamran Ağayev: "Xəzər Lənkəran" rəhbərliyi "Neftçi" barəsində danışmağı mənə qadağan edib"

12.11.2011 | 6866 dəfə oxunub

“Mənim ayağımda həqiqətən də zədə var, ona görə də “Neftçi”yə qarşı matçda iştirak etmədim. Zədəm elədir ki, yeriyə bilsəm də, oynaya bilmirəm. Komandamızın həkimi düz danışmır. Mən Mərkəzi Gömrük Hospitalında müayinədən keçmişəm və bunu təsdiq edən sənədlər də var”. Stadium.az xəbər verir ki, bu sözləri “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev bu gün keçirdiyi mətbuat konfransında deyib. 

“Neftçi”yə qarşı ötən həftə keçirilən oyunda bilərəkdən iştirak etməməsi bərədə deyilənləri Ağayev təkzib edib. “Bilərəkdən oynamamağım barədə ittihamları niyə  matçdan əvvəl səsləndirmirdilər? Oyundan sonra mənim üstümə düşüblər. “Xəzər Lənkəran”ın həkimi mənə deyir ki, ayağında yırtıq var, özünü gözlə. Amma mətbuatda məni yalan danışmaqda günahlandırır, bildirir ki, mən “Neftçi”yə qarşı oynaya bilərmişəm.  Halbuki zədəmi millinin almaniyalı həkiminə də göstərdim və o mənə, əməliyyat olunmağı tövsiyə etdi. Dedi ki, əks halda vəziyyətin daha da pisləşə bilər. Mənim söylədiklərimə inanmırsınzsa, millinin həkiminə müraciət edin. Bu zədə məndə çoxdan var. Hətta millinin Bakıda Avstriya ilə oyunundan əvvəl Berti Foqtsa dedim ki, hazır deyiləm, məni oyuna buraxmasın. Amma o məni əsas heyətə daxil etdi. Mən də həmin matçda dörd qoldan üçünü zədəm olan sol ayağım tərəfdən buraxdım. Zərbə anında heç tərpənə də bilmədim”.

O qeyd edib ki, hələ bir neçə il əvvəl belindən zədə alanda da ona inananlar olmayıb: “Amma mən onurğa sütunumdan əməliyyat olundum. Bu, idmançı üçün təhlükəli əməliyyatdır. Fərid Mansurov belə əməliyyatdan sonra güləşçi karyerasını başa vurdu. Mən əməliyyatdan sonra futbola qayıtdım. Buna məcbur idim. Çünki futbol mənim işimdir. Çoxları futbolu özünün həyatı bilir. Mənim həyatım isə ailəmdir”.

Kamran Ağayev “Neftçi”yə qarşı həmişə aqressiv münasibəti olduğunu bildirib: “Mən həmişə “Neftçi” barəsində kəskin danışmışam. Vəziyyəti belə görən klubumuzun rəhbərliyi mənə “Neftçi” barəsində danışmağı qadağan etmişdi. Amma özümdən asılı deyil, az qala hər oyundan sonra bu komandanın əleyhinə fikirlər səsləndirirəm. Demək istəyirəm ki,  bu komandayla məni heç nə bağlamır ki, onlara qarşı bilərəkdən oynamayım”.

Kamran Ağayev “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniklə aralarında problem olmadığını söyləyib. “Redniklə mənim aramda yalnız məşqçi-futbolçu münasibəti var. Deyirlər ki, güya mən məqşlərdə mühiti korlayıram. Əsla belə deyil. Düzdür, oyunda olduğu kimi, məşqlərdə də futbolçulara qışqırır, bununla da onlara ruhlandırmağa çalışıram. Üstünə ən çox qışqırdığım futbolçu isə Rahid Əmirquliyevdir. Rahid hələ indiyə qədər bununla bağlı mənə etirazını bildirməyib”.

Gəcəkək karyerası ilə bağlı sualı cavablandıran Ağayev bu mövsümün sonu “Xəzər Lənkəran”la müqaviləsinin başa çatdığını deyib: “Bundan sonra karyeramı Avropada davam etdirmək istəyirəm. Bu variant alınmasa isə “Xəzər Lənkəran”da qalacağam. Bu klub mənə o qədər əzizdir ki, orada müqaviləsiz də oynayaram”.

“Xəzər Lənkəran”ın barışmaz rəqibi olan “Neftçi”yə keçəcəyi ilə bağlı suala cavab olaraq Ağayev bunları deyib: “Mənim “Neftçi”də oynamaq fikrim yoxdu. Belə bir şey, əgər hətta olsa belə, 4-5 ildən sonra baş tuta bilər. O zaman isə bu haqda ilk əvvəl “Xəzər Lənkəran” rəhbərliyinə məlumat verəcəyəm və bu addımı onların icazəsi ilə ataram”.

Kamran Ağayev baxışa gələn qapıçıların “Xəzər Lənkəran”a keçidinə əngəl olmasıyla bağlı ittihamlara da cavab verib: “Mənim heç bir futbolçuya qarşı qısqançlığım olmayıb. Futbolçu almaq rəhbərliyin işidir. Mən kiməm ki, onların qarşısında şərt qoyam? Mən də onlar kimi bir futbolçuyam”.

Ağayev baş məşqçi Redniklə problemi olmadığını desə də, “Xəzər Lənkəran”da 2-3 nəfərlə yaxşı münasibətdə olmadığını etiraf edib. “Həmin adamlar “Xəzər Lənkəran”da mühiti korlayir” – deyə Ağayev bildirib.

Kamran Ağayev “Bakı” ilə oyunda buraxdığı səvhlər barədə də danışıb: “Həmin səhvlər zədəmlə bağlı idi. Dedim axı, Avstriya ilə oyunda da belə bir problemim yaranmışdı. “Bakı”yla oyunda ayağımdakı zədə mənə mane oldu və Parks bundan istifadə edib qol vurdu”.

Qapıçı “Bakı” klubunun Uinston Parks kimi, onu da heyətinə qatmaq istəməsi barədə dolaşan söhbətlər haqda bunları deyib: “Mənimlə bu haqda danışan olmayıb”. 



  #1   Adınız: baki azerkesi;   E-mail: [email protected]

13.11.2011 09:46

Bakinin 4-qapicisi var,hamisida senden gucludu.Bakini oz avanturalariviza qatmayin

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail