"Final mərhələsinə düşmək şansımız qalır" - Prosineçki
"Şimali İrlandiya bizə standart vəziyyətdən 3 qol vurdu. Təmiz qələbə qazandılar. Buna görə də onları yalnızca təbrik edə bilərəm. Rəqib ucaboylu və çox güclüdür. Bu məğlubiyyət o qədər də inandırıcı görünməsə də, arada belə hallar yaşanır".
Qol.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prsoniçeki Xorvatiya mətbuatına açıqlamasında bildirib.
Xorvatiyalı mütəxəssis öz ölkəsindəki həmkarlarımıza millimizin 2018-ci il Rusiyadakı dünya çempionatının final mərhələsinə düşmək şansının qaldığını söyləyib: "Bu şansını hələ də saxlayırıq. Qrupdakı ən önəmli rəqiblərimizdən biri Şimali İrlandiyadır və onlar AVRO-2016-da iştirak ediblər”.
Prosineçki Şimali İrlandiyanın Xorvatiya ilə oynayacağı sabahkı yoldaşlıq matçına da toxunub. Onun fikrincə, qrupdakı rəqibi həmyerlilərini təəccübləndirə bilər: "Çünki boyları 190 santimetrdən hündür olan futbolçuları çoxdur. Bu həmyerlilərim üçün böyük problem olacaq. Rəqib komanda həm də topa çox yaxşı yüksələ bilir. Düşünürəm ki, Xorvatiya millisi İslandiyanı məğlub etdikdən sonra Şimali İrlandiyanı da udaraq qələbə seriyasını davam etdirəcək. Təbii ki, son nəticədə dostluq qazansın istəyirəm. Belfastdakı oyun bəzi futbolçular üçün yaxşı sınaq olacaq” (sportnet.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |