Rəşad Sadıqov "14" nömrənin sirrini açıqladı

15.11.2016 | 5841 dəfə oxunub

Futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov "14" nömrəli formanı seçməsinə aydınlıq gətirib.


Stadium.az xəbər verir ki, 34 yaşlı müdafiəçi "Report"a açıqlamasında peşəkar karyerasına başladığı Tovuzun "Turan" klubunda 7 nömrəli formanı "Neftçi"də oynayarkən komandaya Mahmud Qurbanovun transfer olunmasından sonra "14"ə dəyişdiyini bildirib. 


"Mən "Turan"dan "Neftçi"yə gəldikdən sonra 7 nömrəli forma ilə mübarizə aparırdım. Sadəcə, Mahmud Qurbanov "Neftçi"yə transfer olunduqdan sonra onun daim bu forma ilə çıxış etdiyini və yaxın dost münasibətlərimizi nəzərə alaraq, "7"ni Qurbanova verib "14"ü özümə götürdüm. Elə fikirləşdim ki, 7 ilə 14 bir-birinə yaxındır. Yəni, 7-ni 2-yə vuranda 14 edir. Bundan sonra 14 nömrəli forma mənə daha çox doğmalaşdı" - R.Sadıqov bildirib.


Kapitan 2008/2009 mövsümündə Türkiyənin "Kocaelispor" klubunda çıxış edərkən, "1" nömrəli forma ilə oynamasının da səbəbini açıqlayıb: "Bu komandada "14" nömrəli forma qapıçı Kılıç Arslan Kopuzda idi. Mən də onunla zarafatlaşdım. Dedim ki, mən də "1" nömrəni götürəcəm. Nəticədə o klubda "1" nömrəli forma ilə çıxış etdim. Əslində Kopuz məndən əvvəl düz etməmişdi, mən də onun səhvini davam etdirdim".


Qeyd edək ki, Rəşad Sadıqov adları çəkilən komandalardan əlavə, İranın "Fulad", Türkiyənin "Kayserispor" və "Eskişehirspor" klublarında da çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail