“Fasilə dövründə qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq"- Rəşad Sadiqov

17.11.2016 | 5918 dəfə oxunub

“Fasilə dövründə qarşıdakı oyunlara yaxşı hazırlaşmışıq. Fasilədən maksimum yararlandığımızı söyləmək olar. Bu, komanda üçün də vacib idi. Yüksək səviyyədə məşqlər keçib, növbəti görüşlərə tam hazır vəziyyətə gəldik. Düzdür, milli komandalara cəlb olunan futbolçular bütün hazırlıq prosesində iştirak etmədi. Lakin bu, əksər komandalarda yaşandığından normal qarşılanmalıdır. Artıq onlar da komandanın düşərgəsindədirlər”.

Stadium.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov klubun saytına deyib.

33 yaşlı yarımmüdafiəçi  Topaz Premyer Liqanın 12-ci turunda qarşılaşacaqları "Zirə" ilə görüş haqda da fikirlərini bölüşüb:

“Zirə” ilə bu həftə keçiriləcək qarşılaşmaya tam hazırıq. Yalnız matça tam konsentrasiya olub, meydana çıxmaq qalıb. Qarşıdakı görüşdə 3 xala iddialıyıq. Cari mövsüm bu rəqiblə bir dəfə qarşılaşmışıq. Rəqib döyüşkən, futbol oynamağı bacaran komandadır. Ötən mövsümü mükafatçılar sırasında bitirmələri də onların gücünü göstərir. Bütün bacarığımızı meydanda qoyub, qalib gəlməyə çalışacağıq. Düşünürəm ki, bütün futbolçular potensiallarını tam ortaya qoysa, istəyimizə çatacağıq”.

Hazırda Topaz Premyer Liqasının turnir cədvəlində lider olan “Qəbələ” fasiləyə qış çempionu kimi yollanmağa yaxındır. R. Sadiqov bildirib ki, komanda həm ili, həm də mövsümü indiki mövqeyində bitirmək niyyətindədir: 
“Hazırda çempionatın lideriyik. Mövqeyimizi qorumaq üçün mübarizə aparırıq. Əlimizdən gələni edəcəyik ki, ilin sonunadək də ilk pillədə qalaq. Cari mövsümdə hədəfimiz qızıl medallardır. Çempionluğa iddialı olduğumuzdan hər görüşə maksimum nəticə üçün çıxırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail