Adil Şükürov: "Bundan sonra "Zirə"nin daha yaxşı oynadığını görəcəksiniz"

19.11.2016 | 5229 dəfə oxunub

“Zirə” Azərbaycan Premyer Liqanın 12-ci turunda  səfərdə “Qəbələ”nin qonağı olacaq.

 

Stadium.az xəbər verir ki, komandanın baş məşqçisi  Adil Şükürov oyun öncəsi Qol.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

 

- “Qəbələ” cari mövsüm Premyer Liqada uduzmayan yeganə komandadır. Liderlə oyundan əvvəl sizi ən çox nə qayğılandırır?

- Komandada hər şey normaldır. Şükürlər olsun ki, cəzalı və zədəli futbolçumuz yoxdur. Tam heyətlə hazırlaşmışıq. Rəqibin nəticələrini bilirik. Biz də əlimizdən gələni edəcəyik ki, səfərdən 3 xalla qayıdaq. Komandama inanıram. Bilirəm ki, sona qədər “döyüşəcək”lər. Bizə də üç xal qazanmaq vacibdir. Rəqibin gücünə hər kəs bələddir. Çalışacağıq  ki, layiqli mübarizə aparaq.

 

- Artıq qış fasiləsinə az qalıb. Komandanızın çıxışı sizi qane edir, yoxsa “Zirə” daha yuxarı pillədə olmalıydı?

- Biz keçən ildən deyirik ki, komandamızı formalaşdırmalıyıq. Bu gün də görürük ki, düzgün yoldayıq. Əsas məqsəd komandanı qurmaqdır. Bilirsiniz ki, bunun üçün zaman lazımdır. Qismən də olsa məqsədimizə nail olmuşuq.

 

- “Zirə” mövsümə yaxşı başlamadı...

- Heyətdə xeyli dəyişiklik oldu. Belə olan halda uğursuz startı təbii qarşılamaq lazımdır. Artıq ikinci dövrənin sonlarına yaxın komandamız öz oyununu tapmaqdadır. İndi bu oyun üslubumuzu daha da təkmilləşdirməliyik.

 

- “Zirə” oyun baxımından əksər rəqiblərindən geri qalmasa da, qol vurmaqda çətinlik çəkir.

- Bəli, komanda son nöqtəni qoymaqda çətinlik çəkir. Bunun üzərində işləyirik. Uşaqlar çalışır ki, bu çatışmazlığı aradan qaldırsınlar. 

 

- Ümumi götürəndə komanda hələ ki, ötənilki çıxışını göstərə bilmir. Razısınız?
 
- Əlbəttə. Yadınızdadırsa, ötən mövsüm əsas xalları 3-cü dövrədə toplamışdıq. Onda da ilk dövrələrdə komanda formalaşmağa başlamışdı. Qış fasiləsindən sonra isə artıq oyun üslubumuzu tapmışdıq. İndi də 1-ci və 2-ci dövrə arasında böyük fərq oldu. Düşünürəm ki, komandamız qış fasiləsindən sonra daha yaxşı çıxış edəcək və ötənilki gücünü qaytaracaq.

 

- Ötən illə müqayisədə “Zirə” bu il daha motivasiyalı olmalıdır. Çünki indi Avroliqada iştirak futbolçuların özlərindən asılıdır. Komandada bu istək var?

- Təbii ki, hər bir futbolçu komandaya gəlməmişdən əvvəl ilk növbədə öz karyerasını düşünür. Ona görə də futbolçularda bu istəyin olduğunu deyə bilərik. Bu istəyi oyuna çevirmək üçün isə qeyd etdiyim kimi, bir az vaxt lazımdır. Tədricən o vaxt da gəlib çatır. Bundan sonra “Zirə”nin daha yaxşı oynadığını görəcəksiniz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail