"Qarabağ"la oyunda bəxtimiz gətirmədi"

22.11.2016 | 3593 dəfə oxunub

“İtkilər bizim üçün böyük idi. Bəzi futbolçuların cəza və ya zədəyə görə yoxluğu oyunumuza təsir etmişdi. İlk yarıda zəif çıxış etdik. İstədiyimiz kimi oynaya bilmədik, bizdə alınmadı".

Stadium.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Novruz Məmmədov klubun rəsmi saytına açıqlamasında "Qarabağ"la oyun (0:1) haqda danışarkən deyib.

O, məğlubiyyəti bəxtsizliklə əlaqələndirib: "Fasilədə toparlandıq, ikinci yarıda rəqib qapısına doğru hücumlar etməyə başladıq, topu özümüzdə daha çox saxlamağa çalışdıq. Hesabı bərabərləşdirə də bilərdik. Sadəcə, bəxtsizlik fərqlənməyimizə mane oldu. Şəhriyar Rəhimovla Orxan Əliyevin zərbələri tirə tuş gəldi. Bu iki epizoddan biri qol olsaydı, nəticə başqa cür də ola bilərdi. Bizim üçün ilk növbədə əsas olan hesabı bərabərləşdirmək idi. Qol vursaydıq, rəqib irəli atılacaqdı və bu zaman onların müdafiəsində boşluqlar yarana bilərdi. Bundan da istifadə etmək olardı. Amma bu, ehtimallardır. Onu dəqiq deyə bilərəm ki, qol vura bilsəydik, bizim üçün yaxşı olacaqdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail